yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Rəşid Behbudovun qızından Faiq Ağayevə ETİRAZ

Rəşid Behbudovun qızından Faiq Ağayevə ETİRAZ
12-03-2018, 12:57 480 dəfə baxılıb

Dünya şöhrətli Rəşid Behbudovun qızı Rəşidə Rəşid Xalq artisti Faiq Ağayevə etiraz edib.
Rəşidə Rəşid bununla bağlı Modern.az saytına açıqlamasında bildirib ki, Faiq Ağayev Türkiyənin məşhur müğənnilərindən biri Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını səsləndirsə də, Rəşid Behbudovun adını çəkməyib:
“Bilirsiniz ki,“Sənə də qalmaz” mahnısıTofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılıb və sözləri Rəsul Rzaya məxsusdur. Bu mahnını bəstəkar atam üçün yazıb və mahnı ilk dəfə Rəşid Behbudov tərəfindən ifa edilib.
Faiq Ağayev türk müğənnisi Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını bir verilişdə səsləndirib. Təəssüf edirəm ki, o, mahnı haqqında məlumat verərkən atamın adını çəkməyib. Düzdür, sonralar bu mahnını bir neçə şəxs də səsləndirib. Lakin mahnının damğasını vuran Rəşid Behbudovdur”.

Qeyd edək ki, xalq artisti Faiq Ağayev “Facebook” hesabında Türkiyə müğənnisi Müşərrəf Akayla birlikdə səsləndirdiyi “Sənə də qalmaz” ifasının videosunu paylaşıb. Müğənni paylaşımında Müşərrəf Akayın TRT - də yayımlanacaq "Aziz dostlar" adlı verilişin ilk qonağı olduğunu bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ