SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » İzzət Bağırovun telefon danışıqları araşdırılacaq

İzzət Bağırovun telefon danışıqları araşdırılacaq

Tarix:

2-03-2018, 15:23

/ 1 962 dəfə oxundu.
İzzət Bağırovun telefon danışıqları araşdırılacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tural Cahangirov, müğənni İzzət Bağırovun sürücüsü Elçin Cavadzadə və Rəsul Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin arasındakı telefon danışıqları və mesajları araşdırmaq üçün "Bakcell"ə sorğu göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib.

Paytaxt sakini Novruz Aslanlının şadlıq sarayında təşkil etdiyi şənlik zamanı qonaqlardan biri ilə İ. Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.

N. Aslanlı və qohumları ilə İ. Bağırovun sürücüsü, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib.

Hadisəni törədən şəxslər saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ