yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Əri ola-ola başqasıyla görüşür, uşaq doğur" - Kənan

26-01-2018, 14:47 482 dəfə baxılıb

Rejissor Kənan M.M. "Kara sevda" filmindən Kemalla Nihanın öpüşmə səhnəsini paylaşıb

Rejissor Azərbaycan tamaşaçılarının bu cür səhnələrə həvəslə baxmasını, yerli filmləri pisləməsini qınayıb:

“Bu videonu paylaşdığım üçün heç kimdən üzr istəmirəm. Çünki siz bu filmi izləyəndə heç kimdən üzr istəmirdiniz və sevə-sevə izləyirdiniz. İndi də izləyin, burada nə var ki? Mənə yaraşmadı belə şeylər paylaşmaq? O artıq mənim problemimdir. Bunlara hər şey etmək olar, amma bizə olmaz. Çünki bizim şəxsiyyət vəsiqəmizdə “azərbaycanlı” yazılıb. “Camaatın ana-bacısı var ey” deyənlərin ən çox izlədiyi serial. Qız əri ola-ola başqasıyla görüşür, ərindən yox, kənardakı sevgilisindən uşaq doğur, əri bunu bilir, oğlanın bacısını hamilə buraxır, qısası kim–kimi gəldi doğuzdurur və biz bunu alqışlayırıq.

Allah eləməsin, əgər bizimkilər bu mövzuda nəsə çəksələr, adamı güllələyərik. Əzizlərim, unutmayın, biz Sultan Sülrymanla Hürrəmin hamamda öpüşmə səhnəsinə baxıb ağlayanlarıq. Buna görə də bizə və mədəniyyətimizə nə olursa azdır. Xoş seyirlər, dincələ-dincələ baxaq, necədə qəşəng öpüşürlər...

“Gecə qonağı”nda orta barmaq göstərdim, "İlin ən tərbiyəsiz rejissoru” elan edildim. Orijinal millətik, Vallah bizdən yoxdur.

Mənə yox, Azərbaycan filminə sahib çıxın. Neçə ildir şeir yazıram bir sayt belə paylaşmadı. 18 + “Ehtiras” adlı şeir yazdım, hamısı paylaşdı”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: dogur, ola ola, gorushur, Kenan, bashqasiyla, ushaq, Eri,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ