yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bu dəfə Təranə Qumral Nazənini polisə verdi

Bu dəfə Təranə Qumral Nazənini polisə verdi
19-01-2018, 13:42 162 dəfə baxılıb

Müğənnilər Nazənin və Təranə Qumral arasındakı qalmaqal bitmək bilmir.

Bu dəfə Təranə Nazəninlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. Bu haqda əməkdaşımızla söhbətində Nazəninin vəkili Heyrat Qarayev deyib.

O bildirib ki, T.Qumral ərizəsində Nazənin və onun həyat yoldaşı Məhəbbətdən şikayət yazıb:

"Təranə İbrahimova ərizəsində bildirib ki, özünü öldürmək dərəcəsinə çatıb. Amma onun bu şikayəti araşdırılıb və əsassız olduğu üçün qəbul edilməyib”.

Vəkil Qumralın məhkəmədə uduzduğu 3500 manatı ödədiyini deyib:

"Məhkəmə qətnaməsi Təranə İbrahimova (Qumral) tərəfindən tam icra olunmayıb. Hazırda iş Bakı Apellyasiya Məhkməsindədir. Təranə İbrahimova Nazənin və Məhəbbətdən üzr istəməlidir. Hazırda bununla bağlı icra məmuru müvafiq tədbir görür. Məhkəmənin qərarını yerinə yetirmədiyi üçün min manat dövlətə pul ödəməlidir. Ödənməyib.

Bu günlərdə onun avtomobilinə həbs qoyuldu. Ondan sonra gətirib 3500 manat təzminatı ödəyib. Amma ölkədən çıxışına qoyulan qadağa qüvvədədir.

Qətnamələr icra edilmədiyi üçün Ədliyyə Nazirliyinə göndərilib. Hazırda onların nəzarətindədir. Araşdırma aparılır. Qısa müddətdə qətnaməni icra etməsə, cinayət işinə cəlb ediləcək”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Nazenini, defe, verdi, Qumral, Bu, polise, Terane
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ