yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Əməliyyat olunan Coşqun və Rafaelin səhhəti ilə bağlı – AÇIQLAMA

Əməliyyat olunan Coşqun və Rafaelin səhhəti ilə bağlı – AÇIQLAMA
17-01-2018, 17:08 526 dəfə baxılıb

Dünən Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov əməliyyat olunmağı ilə bağlı xəbərlər yayılmışdı.

Onların son durumu barədə “Bu şəhərdə” komandasının üzvü Müşfiq Abbasov məlumat verib.

O bildirib ki, hər iki məşhurun vəziyyəti yaxşıdır:

“Bizdə, Allaha şükür, hər şey yaxşıdır. Bir də qeyd edirəm ki, Rafael əməliyyat yox, sadəcə, endoskopik müayinə olub, loru dildə desək, mədəsini “zond ediblər”. Ciddi bir problem yoxdur, Coşqun isə burnunun çəpər əyriliyinin düzəlməsi üçün əməliyyat olunarkən müəyyən olub ki, burnunda polip və kista var. Ona görə də əməliyyat yeddi saat uzanıb, nəticədə hər şey təmizlənib və düzəlib. Diqqətə və dualarınıza görə hər birinizə təşəkkür edirik, hər şey əladır. İnşallah, Rafael də, Coşqun da sabahdan mart konsertlərimizin məşqlərinə qoşulurlar. Allah cəmi tamaşaçılarımızı qorusun”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Coshqun, AChQLAMA, Rafaelin, bagli, ile, Emeliyyat, sehheti, olunan, ve
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ