SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Gözəl qıza baxan kişiləri qınamıram” - Pərvin

“Gözəl qıza baxan kişiləri qınamıram” - Pərvin

Tarix:

15-01-2018, 12:36

/ 2 057 dəfə oxundu.
“Gözəl qıza baxan kişiləri qınamıram” - Pərvin

Son zamanlar qalmaqalları, geyimləri ilə gündəmə gələn Pərvin Abıyeva “Kimi tapdın sən?” verilişinin qonağı olub. Aktrisa ARB-nin efirində “Bir günlük kişi olsaz, nə edərdiz?” sualına cavab verib.

O, belə olan halda bütün gününü gözəl qızlarla keçirmək istədiyini bildirib:

“Kişi prizması ilə yanaşıram. Bilmirəm ki, insanlar məni nə dərəcədə düzgün başa düşəcək. Əslində kişilərin gözəl qızlara baxmağına pis bir şey kimi hesab etmirəm. Özüm də gözəllik vurğunuyam. Belə qız görəndə onlara baxıram, fikrimi də deyirəm. Gözəl qıza baxan kişini də qınamıram. Bəzən olur ki, qadın ərini öldürür ki, qıza niyə baxmısan? Axı mən də qadınlığımla baxıram, kişi necə baxmasın? Bir günlük kişi olsam, günümü gözəl bir xanımla keçirərdim. Bu proses mənə maraqlıdır”.

Aparıcının “Yəni, demək istədiz ki, kişi olsaydız, bir gününüzü özünüzlə keçirərdiz” sualına “Yox, məndə də gözəl qızlar var” cavabını verib.

Şərhlər

XƏBƏR LENTİ