yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ümumi kamerada qalan Fədayə Laçın: Hamıya təşəkkür etdi

Ümumi kamerada qalan Fədayə Laçın: Hamıya təşəkkür etdi
19-12-2017, 09:35 175 dəfə baxılıb

Hazırda Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılan tanınmış müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:
“Hələlik appelyasiya şikayəti vermişik. Lakin heç bir cavab gəlməyib. Bakı Appelyasiya Məhkəməsinin cavabını gözləyirik. Ötən həftənin cümə günü Fədayə xanımla görüşdüm. Haqqında səsləndirilən fikirlərə görə minnətdarlığını bildirir”.
T.Süleymanlının sözlərinə görə, ümumi kamerada qalan müğənni həbsxanada müalicəsini davam etdirir:
“Fədayə xanım ev dustaqlığına buraxılmaq istəyir. Hələ ki, Appelyasiya Məhkəməsinin qərarını gözləyirik”.
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Hamiya, qalan, Lachin, kamerada, etdi, Umumi, teshekkur, Fedaye
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ