SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Ərinizlə kiməsə acıq verməyin”

“Ərinizlə kiməsə acıq verməyin”

Tarix:

4-12-2017, 10:24

/ 1 751 dəfə oxundu.
“Ərinizlə kiməsə acıq verməyin”

Azərbaycanın iki məşhur siması- İradə İbrahimova və Günay İbrahimli yeni qalmaqala imza atıb. Türkiyədə yaşayan müğənni “ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasına qonaq olarkən həmkarı Günaya söz atıb.

İradə İbrahimlinin özünü Röyaya bənzətdiyini qeyd edib:

“Bu mahnını bəyənmədim ( red: “Ürəyimin qatili”. Bir neçə bəstənin yığması kimi mənə gəldi. Elə bil plagiatdır. Münasibətimiz yoxdur, səhnədə izlədiyim müğənnidir. Bir vaxtlar mənə bənzətdi, elə başladı. Amma gördü ki, yox, bir yerə gedə bilməz, onun sahibi var. Səs rəngini bəyənirəm. Amma özünü heç kəsə oxşatmasın. Bir az da Röyaya oxşadıram. Ona sual vermişdilər ki, İradəni Türkiyədə tanıyırlar? Günay demişdi ki, yox. Mən də etiraf etmişəm ki, Türkiyədə tanınmıram. Məni bir Cem Yılmaz tanıyır. Bu bəsimdir. İnşallah, məni yox, Günayı tanıyarlar. Mən Azərbaycan şou-biznesində olduğumu iddia etmirəm. Çünki iki övladım var. Əvvəlki tepmdə çalışa bilmirəm. Və mənim ailəm var! İnşallah, ona da qismət olsun”.

Günay rəsmi instaqram səhifəsində ad çəkmədən həmkarına cavab verib. O, İradəni aləsini reklam etməkdə ittiham edib:

“İndi də şou-biznesdə təzə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin. Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, kimisə “vurmaq” üçün alət etməyin. Ailəli olub karyerasını davam etdirən, ən böyük nailiyyəti əldə edənlər də az deyil. İkisini birgə edə bilmirsizsə, susun!"

Şərhlər

XƏBƏR LENTİ