yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Xalq artisti həyat yoldaşına: "Sənə 50 dəfə xəyanət etmişəm"

Xalq artisti həyat yoldaşına:
17-11-2017, 14:39 331 dəfə baxılıb

Dünən Xəzər telekanalında yayımlanan "5/5" verilişinin qonağı olan xalq artisti Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü Zaurun "sürpriz"i ilə qarşı-qarşıya qalıblar.

Aparıcı Gülünün adından hazırladıqları sualları onun dilindən Rəmişə ünvanladıb.

Rəmişlə Gülünün sual-cavab əsasında yaranan maraqlı dialoqunu təqdim edirik:

- Mənə görə gitaranı atarsan?
- Yox!

- Mənə xəyanət eləmisən?
- 50 dəfə.

- Maşını satıb, mənə bahalı şuba alarsan?
- Mənim Ehtiram kimi, Təyyar kimi dostlarım var. Maşını satınca, onlara deyərəm "Gülüyə şuba alıb, gətirin", alıb gətirərlər. Bu da olmasın iki milyarderin toyu.

- Evi mənim adıma keçirərsən?
- Çoxdan keçirmişəm, evi də, maşını da. Ona görə ki, insan ömrü çox qısadır. Xəstələnməyi var, ölməyi var. Mənim başıma nəsə gələrsə, bəzi qohum-əqraba o mülk üçün Gülüylə davaya qalxmasınlar, ona görə.

- Mənim ad günüm nə vaxtdır?
- Yadımda deyil o.

- Məni çox istəyirsən, yoxsa gitaranı?
- İkinizi də eyni səviyyədə. Biri pul gətirir, biri də əziyyətimi çəkir.

- Mənim dalımca danışmısan?
- Çox.

- Camaatın yanında sevgini mənə sübut edə bilərsən?
- Camaatın yanında? Camaatın yanında sevgi olar?!(gülür)


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Xalq, 50, yoldashina, artisti, heyat, etmishem, defe, Sene, xeyanet
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ