SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri - Siyahı

Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri - Siyahı

Tarix:

14-11-2017, 11:45

/ 31 243 dəfə oxundu.
Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri - Siyahı

Hər zaman bahalı həyat tərzləri ilə gündəmə gələn Azərbaycan şou-biznes ulduzlarının bu dəfə xaricdəki daşınmaz əmlaklarını araşdırdıq.

Məşhurlarımız daha çox Türkiyədə ev almağa üstünlük veriblər. Qonşu ölkənin İstanbul şəhərində Brilliant Dadaşova, Röya Ayxan, Nadir Qafarzadə, Zamiq Hüseynov, Ayan Babakişiyevanın mənzili var. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Şimali Kiprdə, Samir Piriyev isə Bodrumda ev sahibidir.
Bundan əlavə, Azərbaycanın xalq artisti, aktrisa Leyla Şıxlinskaya, Rəqsanə İsmayilova, Sərxan Kərəmoğlu, Nuri Sərinləndirici kimi tanınmışların Moskvada evləri var. Hər kəsə məlum olduğu kimi, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın Londonda mənzili mövcuddur. Həmçinin, xalq artisti Məleykə Əsədovanın ABŞ-da evinin olduğu deyilir.
Bundan başqa, Türkiyəyə birdəfəlik köçən və orada yaşayan İradə İbrahimova, Günel Zeynalova, Günay Musayeva kimi azərbaycanlı tanınmışlar öz mənzillərinin sahibidirlər.

Şərhlər

XƏBƏR LENTİ