SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qəzadan sonra ana maşından düşüb görün nələr etdi – Bakıda tükürpədən VİDEO

Qəzadan sonra ana maşından düşüb görün nələr etdi – Bakıda tükürpədən VİDEO

Tarix:

8-11-2017, 11:07

/ 66 011 dəfə oxundu.
Qəzadan sonra ana maşından düşüb görün nələr etdi – Bakıda tükürpədən VİDEO

Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kamerasına düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyimiz həmin videoda bir neçə diqqət çəkən məqam var. İlk olaraq onu qeyd etmək lazımdır ki, qəzaya səbəb qara rəngli “Mercedes”in sürücüsüdür. Belə ki, yüksək sürətlə hərəkətdə olan həmin avtomobil svetoforun qırmızı işığında hərəkəti davam etdirir. Bu zaman sağdan gələn digər “Mercedes”lə toqquşur. Hər iki avtomobilin ön tərəfi əzilərək yararsız hala düşür. Hər iki avtomobildəki insanların sağ-salamat yerə düşdüyü aydın görünür. Amma burada tükürpədici bir məqam da var. O da qəzaya səbəb olan “Mercedes”dən düşən gənc ananın körpə balası üçün atdığı addımdır. Digərləri maşından düşüb özünə, sağa-sola baxdığı halda həmin qadın arxa qapıdan düşərək maşının o biri tərəfinə qaçır və digər sərnişinin qucağında olan körpə balasını qucağına alaraq yolun kənarına gedir.
Bu, əslində bir ananın övladı üçün düşünmədən, heç nəyə baxmadan hər şeyi edə biləcəyini göstərir. Bu video həm də onu göstərir ki, maşında ailəsi, körpəsi olan sürücü onların həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verir. Özünə və yaxınlarına hörmət edən, onları düşünən sürücü belə hərəkət etməz...

Avtosfer.az

Şərhlər

XƏBƏR LENTİ