SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Xalq artisti Mehriban Əliyevaya müraciət etdi: "Fədayə Laçına dəstək olmanızı rica edirəm”

Xalq artisti Mehriban Əliyevaya müraciət etdi: "Fədayə Laçına dəstək olmanızı rica edirəm”

Tarix:

4-11-2017, 10:17

/ 92 812 dəfə oxundu.
Xalq artisti Mehriban Əliyevaya müraciət etdi: "Fədayə Laçına dəstək olmanızı rica edirəm”

Brilliant Dadaşova müğənni Fədayə Laçınla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
AzNews.az xəbər verir ki, o, bu barədə özünün şəxsi instaqram səhifəsində yazıb. Sənətkar Mehriban xanım Əliyevaya həbsdə olan bir anaya dəstək olmasını xahiş edib:
“Əzizimiz, sevimli Mehriban xanım! Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirik. Bu səbəbdən Sizə müraciət edib, istedadlı müğənni, gənc qadın, ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah, heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm".
Qeyd edək ki, müğənni Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) həbs olunub. O, Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Noyabrın 2-də isə “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov atışma zamanı öldürülüb.

Şərhlər

XƏBƏR LENTİ