SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Xalq artistinin saytı dağıdıldı - “…Arsızcasına öyünürlər”

Xalq artistinin saytı dağıdıldı - “…Arsızcasına öyünürlər”

Tarix:

1-11-2017, 10:30

/ 58 016 dəfə oxundu.
Xalq artistinin saytı dağıdıldı - “…Arsızcasına öyünürlər”

Bir müddət əvvəl rəsmi instaqram səhifəsi oğurlanan xalq artisti Faiq Ağayev bu dəfə də haker hücumuna məruz qalıb. “AzHack Team” qrupu kiber cinayət edərək müğənninin rəsmi saytını ələ keçirib.

Haker qrupu “facebook” sosial şəbəkəsində hücum etmələrinin səbəbini də açıqlayıb: “Faiq bəy, ana dilinizi unudub rus dilində sayt açanda bilmirdiz ki, belə olacaq?”

F. Ağayev rəsmi hesabından paylaşım edərək hakerlərə müraciət edib:

“Düz yolu azmış gənclərimizin aqibəti… Əslində məni onların bulanıq görünən gələcəyi qorxudur.Çünki meyyarlar, prioritetlər çaş seçilib.

Vətənə sərhədsiz sevgi və ehtiram nümayiş edən bir kalq artistinin neçə illərdir ki, dondurulmuş saytınının cəmi bir bölümünü bölümünü haramcasınaəldə etmələri ilə arsızcasına öyünürlər. Səbəb isə guya saytın Azərbaycan dili bölməsi ilə bərabər (əlavə etdiyim fotoda bu aydın görünür), həm də rus dili bölməsinin olmasıdır.

Sözüm məhz və bilavasitə onlaradır. Özünüzə zəhmət verib, 2001-ci ildə fəaliyyətə başlayan, hal-hazırda isə uzun müddətdir ki “under construction” vəziyyətdə olan rəsmi saytıma ayıq başla daxil olsaydız, görəcəkdiz ki, sayt iki dillidir.

Və, təbii ki, saytın xarici bir dildə də fəaliiyət göstərməsi bir azərbaycanlı artistinin ən azı 300 milyonluq rus dilli internet istifadəçi kütləsi arasında təbliğatı üçün hesablanmışdır. Bir həmvətənlinizə səbəbsiz “amansızlıq” sərgiləməyiniz nə qədər dayaz, anti-milli düşüncəyə malik olduğunuzu göstərir.

Demaqogiya və iyrənc “vətənşüvənlik” ilə ucuz, müəmmalı "şöhrət" qazanmaqdansa, gedin, Vətənimiz haqda bütün dünyaya olmazın yalanlar, dəhşətli həqarətlər tirajlayan, Xocalı soyqırımını belə məzxərəyə qoyan Ermənistan saytlarını qırın.
Sizi kəskin şəkildə qınayıram. Ermənilər sizing ucbatınızdan bizə gülür, zavallı “qəhrəmanlar”.

Şərhlər

XƏBƏR LENTİ