SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Günayı festivaldan Röya uzaqlaşdırıb? - Yeni qalmaqalın təməli qoyuldu

Günayı festivaldan Röya uzaqlaşdırıb? - Yeni qalmaqalın təməli qoyuldu

Tarix:

30-10-2017, 11:33

/ 60 466 dəfə oxundu.
Günayı festivaldan Röya uzaqlaşdırıb? - Yeni qalmaqalın təməli qoyuldu

Müğənni Günay İbrahimli Qazaxıstanda keçirilən “Star of Asia” musiqi festivalında iştirak etməməsinin səbəbini açıqlayıb.

Gənc ifaçı “ATV maqazin onlarla” verilişinə açıqlamasında hadisənin pərdəarxası məqamlarına aydınlıq gətirib.

İfaçı bildirib ki, musiqi gecəsinə onunla yanaşı Röya Ayxan da dəvət olunub. Ancaq nədənsə, “Star of Asia”da təkcə R. Ayxan çıxış edib.
G. İbrahimli ad çəkməsə də, əl hərəkətləri ilə onu müsabiqədən kənarlaşdıranın Röya olduğunu işarə edib:
“Mən o konsertdə var idim. Bilmirəm necə oldu, ancaq alınmadı. Tolik mənə zəng etmişdi ki, iki ifaçını festival istəyiblər. Onlardan biri mən idim. Müsabiqəyə az qalmış zəng etdilər ki, Günay İbrahimli orada yoxdur. Hər zaman yaxşılıq etməyi sevirəm, o prinsiplə yaşayıram. Kimsə belə şeylər edərək kefimi poza bilməz. Artıq məndən çəkinirlər. Əvvəlki şıltaq Günay deyiləm, bir az böyümüşəm. Hamını yola verirəm”.
Bu məqamda qeyd edək ki, əməkdar artist Röya Ayxanla Günay İbrahimli arasında xüsusi bir qalmaqal olmasa da, məşhurlar arasında soyuq külək əsir.
Tədbirlərdə bir-birini görməzlikdən gələn, üz-üzə gələn zaman isə məcburiyyətdən salamlaşan hər iki məşhurun soyuq münasibətləri yəqin ki, festivalda iştirak etmələrinə təsir edib.

Şərhlər

XƏBƏR LENTİ