SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Burak Özçivit Bakıya səfər edəcək

Burak Özçivit Bakıya səfər edəcək

Tarix:

27-10-2017, 11:25

/ 102 786 dəfə oxundu.
Burak Özçivit Bakıya səfər edəcək

Tanınmış türkiyəli aktyor Burak Özçivit Bakıya gəlir. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Park Cinema”nın “facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, kino ulduzu rol aldığı “Kardeşim benim 2” filminin Bakıdakı premyerasına qatılacaq. Qala gecəsi 30 noyabr tarixində baş tutacaq.

“Park Cinema”nın mətbuat xidmətindən verilən məlumata görə, filmin qəhrəmanlarından yalnız B. Özçivit Bakıya gəlişini təsdiqləyib.

Digər ulduzların qala gecəsində iştirak etməsi barədə bazar ertəsi günü məlumat veriləcək.

Şərhlər

XƏBƏR LENTİ