yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Ona yaxşı Azərbaycan kişisi lazımdır ki, ipini yığsın" - İslamdan aktrisaya sərt sözlər

9-10-2017, 16:16 85 335 dəfə baxılıb

O xanım reklam istəyirsə, müraciət etsin mənə, filmlərimdə ona rol verim, yol göstərim".
Bu sözləri big.az-a açıqlamasında aktyor İslam Mehrəliyev aktrisa Tunay Əliyevanın sözlərinə cavab olaraq bildirib.

İslamın sosial şəbəkədəki paylaşımlarına xoşagəlməz sözlər yazan Tunaya aktyorun cavabı gecikməyib. İslam Mehrəliyev Tunaya özünəməxsus şəkildə cavab verib: "Rövşanə xanımın verilişində demişdim ki, sosial şəbəkədə məni tənqid edə bilərlər, lakin təhqir edə bilməzlər. Hansısa xanım rəydə söyüşlə yazır ki, Azərbaycan kişisi belə olmaz. Mən də demişəm ki, onun əri hara baxır? Başqa kişiyə təhqirli rəylər yazır.

O ki qaldı Tunay xanıma, mən onu tanımıram, bilmirəm müğənnidi, kimdir, nə işlə məşğuldur. Əgər Tunay xanıma xoş gəlməyibsə, mənim sözlərim, deməli, ona yaxşı Azərbaycan kişisi lazımdır ki, ipini yığsın. Mənim bu sözlərim onu niyə bu qədər narahat edir anlamadım. İstəyirsə, Azərbaycan xanımlarının dırnaq arası tərəfini saxlasın, onların mövqeyindən çıxış etsin, deyim ki, bizim qadınlara təhqirlə fikir bildirmək yaraşmaz. Bir də ki xəbər başlığını oxuyanda girib içini də oxusun, görsün nə yazılıb. Başlığını oxuyub başa düşdüyü tərzdə fikir bildirməsin.

Özünü reklam etdirmək istəyirsə, yaxınlaşsın mənə, filmlərimdə ona rol verim, yol göstərim. Bu cür xəbərlərlə gündəmə gəlməsin".

Həmçinin İslam Mehrəliyev jurnalistlərə səslənərək rəsminin media orqanlarında Tunay xanımla birlikdə qoymamağını xahiş edib: "Saytlardan xahiş edirəm onun şəklini mənim şəklimlə birgə qoymayın".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ki, aktrisaya, Ona, Azerbaycan, kishisi, , slamdan, sozler, sert, ipini, yaxshi, lazimdir, yigsin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

11-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ