SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Vüqar Qaradağlı efir qadağasını götürmək üçün məndən 30 min istədi" - Ayan Babakişiyeva

"Vüqar Qaradağlı efir qadağasını götürmək üçün məndən 30 min istədi" - Ayan Babakişiyeva

Tarix:

27-09-2017, 15:42

/ 57 682 dəfə oxundu.
"Vüqar Qaradağlı efir qadağasını götürmək üçün məndən 30 min istədi" - Ayan Babakişiyeva

Dünən ATV-nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Vüqar Qaradağlının bir çox sənət adamına efirdə “zapret” qoyması heç kimə sirr deyil.

Məlumata görə, belə müğənnilərdən biri də Ayan Babakişiyevadır. Sənətçi ilə əlaqə saxlayıb, bununla bağlı münasibət öyrənmək istədik.

Ayan bildirib ki, ATV-də ona qadağa qoyulması üçün V.Qaradağlı külli miqdarda pul alıb: “Dörd il bundan əvvəl, övladım dünyaya gələndə mənə də ATV efir qadağası qoydu. Səbəbi ilə bağlı bunu deyə bilərəm ki, bunun üçün Vüqar Qaradağlı külli miqdarda pul alıb. Hətta bunun üçün 4 il bundan qabaq Qaradağlının xanımına avtomobil də hədiyyə edilib”.

Sənətçi deyib ki, V.Qaradağlı qadağanı qaldırmaq üçün ondan pul istəyib: “Mənə dedi ki, qarşı tərəf bu qədər ödəyib. Sən də 30 min ver, qadağanı qaldıraq. Dedim ki, mənə bu lazım deyil. Mən müğənniyəm, siz telekanal rəhbərisiniz. Siz vəzifəyə gəlib, sabah gedə bilərsiniz, amma mən həmişə müğənni kimi qalacam. Elə bir səhvim də yoxdur ki, 30 min ödəyim. Niyə pul verməliyəm? Bunlar sizin probleminizdir”.

Babakişiyeva ona qadağa qoyduran şəxsin adını çəkmək istəmədiyini söyləyib. Sənətçi bu yaxınlarda “Xəzər” telekanalında da qadağaya salındığını deyib:

“Xəzər” telekanalı ən çətin günlərimdə yanımda olub. Azərbaycanda bir “Lider”də, bir də “Xəzər” də efirə çıxırdım. İndi eşitdim ki, “Xəzər” də mənə qadağa qoyub, deyirlər ki, pul ödə”.

Şərhlər

XƏBƏR LENTİ