SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Damladan Mirəliyevə cavab - “Maskalanıb efirdə oturmuram…”

Damladan Mirəliyevə cavab - “Maskalanıb efirdə oturmuram…”

Tarix:

21-09-2017, 15:10

/ 108 813 dəfə oxundu.
Damladan Mirəliyevə cavab - “Maskalanıb efirdə oturmuram…”

“Əli Mirəliyev illərin sənətçisidir. Ağsaqqal hesab etdiyim üçün ağzından çıxan kəlmələri qəbul edirəm. Yaşca böyük olduğu üçün iradını normal bir şey hesab etdim”.

Bu sözləri açıqlamasında müğənni Damla deyib. İfaçı “Səhər-səhər” verilişində Əli Mirəliyevin canlı yayımda ona tutduğu irada münasibət bildirib:

“Fikir verdinizsə, proqram bitənə kimi ayağımı ayağımın üstünə aşırmadım. İradı normal qəbul edirəm. Aparıcılar mənə efirdə sataşmırlar. Sadə və səmimi olduğum üçün aparıcıya da eyni şəraiti yaradıram ki, mənlə səmimi danışsın.

Çıxdığımız hər efir hay-küylü olur. Çünki efirdə özümüz oluruq, maskalanıb oturmuruq. Həyatda necəyəmsə, efirdə də eləyəm. Heç də bunlar mənə pis gəlmir. Efirdə özümü rahat hiss edirəm”.

Şərhlər

XƏBƏR LENTİ