SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » İrəm Dericinin səhhəti ağırlaşdı

İrəm Dericinin səhhəti ağırlaşdı

Tarix:

20-09-2017, 12:09

/ 56 397 dəfə oxundu.
İrəm Dericinin səhhəti ağırlaşdı

Türkiyənin məşhur müğənnisi İrəm Derici reanimasiyaya yerləşdirilib. Ötən gün sənətçinin vəziyyətinin ağırlaşdığı məlum olub.

Keçən həftə zəhərləndikdən sonra xəstəxanaya aparılan ifaçının həkimi açıqlama verib. Reha Baran deyib ki, Dericinin mədəsi və idrar yolu tamamilə infeksiyaya yoxulub:

“Bədənindəki su balansı demək olar ki, pozulub. Bundan başqa, nəfəs alarkən ciddi problemlərlə üzləşir. Mədəsində və idrar yolunda da infeksiyalar var. Müalicəsi davam edir”.

Irəmin yaxın rəfiqəsi Merve Özbey də mətbuata açıqlama verib:

“Reanimasiyada olduğu üçün ancaq ailəsi onu görə bilir. Hamı dua etsin, yaxşı olacağına əminəm. Bir qədər səhhətinin yaxşı olduğunu eşitdik, ümidimiz artdı. Kritik bir vəziyyətin olduğunu bilmirəm”.

Şərhlər

XƏBƏR LENTİ