SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Sözüm Rəşada pis təsir etdi...” - Nicat toydakı davadan danışdı

“Sözüm Rəşada pis təsir etdi...” - Nicat toydakı davadan danışdı

Tarix:

20-09-2017, 10:49

/ 56 485 dəfə oxundu.
“Sözüm Rəşada pis təsir etdi...” - Nicat toydakı davadan danışdı

“Mən Rəşadın qafiyəsini saxlamaq fikrində olmamışam. 20 ildir ki, onunla meyxana deyirəm. İndiyə kimi qafiyəsini saxlamışam? Yanımda oturan gənclər deyişmə zamanı sözə cavab verməyə aman vermədilər”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında meyxanaçı Nicat Mənalı deyib. O, Masallıdakı toyda həmkarı Rəşad Dağlı ilə yaşanan qalmaqala münasibət bildirib:

“Meyxanada belə bir qayda var. Sənin rəqibin söz deyirsə, vaxtında cavab verməlisən. Cavabını verməyəndə deyirlər ki, filankəs filankəsi “yedizdirir”, sözünü deyə bilmir. Əgər söz mənə deyilirsə, cavabını verməliyəm. Cavanlar buna imkan vermirdi.

Birincisi mənim təcrübəm daha böyük idi. 21 ildir ki, meyxana deyirəm. Buna əsəbiləşərək ritmi dayandırdım. Uşaqlara dedim ki, 5 dəqiqə səbir edin, kişilərlə sözümü deyim. Bu da Rəşada pis təsir etdi. O deyir ki, sən mənim qafiyəmi saxlamısan. Mən ona niyə paxıllıq etməliyəm ki? Neçə ildir ki, yoldaşlıq edir, toyda bir oluruq. Dediyindən elə çıxdı ki, paxıllıq edib qafiyəni saxlamışam.

Videoda görünür ki, onların stoluna yaxınlaşıram. Həmkarlarımla dava etməyə yaxınlaşmamışam ki... Paxıllıq sözü təsir etdi, yaxınlaşıb dedim ki, tanımırsan məni? Ürəyimi bilmirsən? Nə paxıllıq? Bir mənim fikrimi öyrənsin, qafiyəni saxlamam səbəbini bilsin. Bizim bölgədə kiməsə niyə paxıllıq etməliyəm? Yenə deyirəm, Rəşadla aramızda söz-söhbət olmayıb. Bir qədər səbirsiz davrandı”.

Bu məqamda qeyd edək ki, "Qafqazinfo" Rəşad Dağlıyla da əlaqə saxlayıb. Meyxanaçı telefonu açsa da, səhv düşdüyümüzü bildirib.

Həmin kadrları bir daha təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ