SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Röyanın oğlu ilə bu fotosu tənqid olundu

Röyanın oğlu ilə bu fotosu tənqid olundu

Tarix:

15-09-2017, 11:54

/ 87 590 dəfə oxundu.
Röyanın oğlu ilə bu fotosu tənqid olundu

Əməkdar artist Röya Ayxan instaqramda müzakirələrə səbəb olan paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, 35 yaşlı müğənni oğlu Hüseynlə birgə çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb.

O, həmin paylaşıma “Mənim ürəyim” şərhini yazıb. Şəkildə əməkdar artistin sinə dekolteli geyimi diqqətdən yayınmayıb.

Həmin fotonu 20 mindən çox insan bəyənsə də, tənqidlər də az olmayıb. Sosial şəbəkə istifadəçiləri onun belə bir paltarda oğluyla şəkil paylaşmasına etiraz edib.

Röya yazılan təndiqlərin və geniş müzakirənin qarşısını almaq üçün şərh bölməsini bağlayıb.

Müğənni daha sonra 1 milyonluq səhifəsində onu təndiq edənlərə cavab verib:

"İnstaqramda bundan sonra fikirlərinizi yazmaq olmayacaq. Hamıya şamil etmirəm, amma axmaqlar günü gündən çoxalır. Mentalitetdən dəm vuranlar, arada bir özünüz haqda oxuyun".
Röyanın oğlu ilə bu fotosu tənqid olundu

Şərhlər

XƏBƏR LENTİ