SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Qışda “basanoşka” ilə dərsə gedirdik…”

“Qışda “basanoşka” ilə dərsə gedirdik…”

Tarix:

15-09-2017, 11:31

/ 87 692 dəfə oxundu.
“Qışda “basanoşka” ilə dərsə gedirdik…”

“Bu mahnıya qulaq asanda yəqin ki, hamı duyğulanır. Dinləyəndə o illərə qayıdıram. Biz indiki şagirdlər kimi hər şeyi rahat əldə edə bilmirdik”.

Bu sözləri Günay İbrahimli sosial şəbəkədə yazıb. Gənc müğənni əməkdar artist Lalə Məmmədovanın “Məktəb illəri” mahnısını paylaşaraq ötən illərə qayıdıb. İbrahimli şagird olduğu zaman qarşılaşdığı problemlərdən yazıb:

“Məktəbdə 3 şagirdə bir kitabı ortaya qoyurduq, bir kitab alanda onu cild əvəzi qəzetləyirdik ki, çirklənməsin. Şotka, çöp, rəngli qələmlərə həsrət idik. Rəsm dərsini çox sevirdim, çünki həmin dərs günü sinif yoldaşlarımın qələmləri ilə dəftərimi rəngləyirdim. Düşünürdüm ki, həyatım bu qədər yaxşı mənada rəngarəng olacaq.

Geyimlərimiz də urəkaçan deyildi. Kimisi qış günü basanoşka ilə, kimisi də kurtka əvəzi pencəklə gəlirdi. Oturacaqlarımıza yastıq qoymaqla özümüzü isidərdik. Sözümün canı odu ki, indi hər şey əldə olunur, bircə oxumaq qalır. Yaxşı oxuyun, şagirdlər. Ata-ananızı sevindirin, bayramınız mübarək”.

Şərhlər

XƏBƏR LENTİ