yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“5 yaşında nəvəm var” - Roza Zərgərli

“5 yaşında nəvəm var” - Roza Zərgərli
12-09-2017, 16:48 50 149 dəfə baxılıb

"Uşaqlarım barədə açıqlama alanda demişəm ki, çoxunun bioloji anası mən deyiləm. Bunu insanlar başqa cürə yozdular. Elə yozdular ki, mənim, ailə qurduğum insanın övladlarıdır. Əsla bu belə deyil"

Məlumata görə, bu sözləri müğənni Roza Zərgərli ARB TV-nin “Günə davam” proqramında deyib.

Övladlarından danışan sənətçi bildirib ki, dörd övladı var:

"Əslində mənim 4 övladım var. 3 övladım uşaq evindən götürülüb, kiçik oğlum hələ də uşaq evindədir. Bir müddət sonra bizimlə bərabər olacaq. Çünki bu çox çətin prosesdir. Sənədləşdirmə işləri edilməlidir. Böyük qızımın 25 yaşı var. 5 yaşında övladı var. Adı Natavandır. Nəvəm də var".

Aparıcının "3 uşaq götürməyi necə qərara aldın" sualına müğənni belə cavab verib:

“Çox adam indi deyəcək ki, piardı, reklamdı, əsla bu belə deyil. Piar etsəydim elə bunları körpəlikdən götürəndə, o gündən piar edərdim. Bənövşənin 3 yaşı olanda böyük qızımı götürdüm. Doğma övladım Bənövşədir. O zaman böyük qızımı götürəndə onun 12 yaşı var idi.

Mən övladlığa uşaq götürəndə Ancelina Coli hələ övladlığa uşaq götürmürdü. Mənim əkiz övladım olub. Bənövşə və 1 oğlan. Oğlan rəhmətə gedib. Mən böyük oğlumu setdə görmüşəm. Çox istedadlı 1 gəncdir. Onu görəndə mən ilk andan düşündüm ki, bu mənim oğlumdur. Çünki mənim oğlum sağ olsaydı, belə olardı. Kim də bunu qeyri-səmimi qəbul edərsə, bu onun qəlbinin qeyri-səmimiliydir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yashinda, nevem, 5, , Zergerli, var, Roza
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ