“Eda ilə ayrılmağım barədə yayılan xəbərlər doğrudur. Münasibətimizin nikahla bitməsini istərdik. Amma olmadı”.
Bu sözləri Alişan rəsmi instaqram səhifəsində yazıb. Müğənni nişanlısı Eda Erolla ayrılmağı barədə yayılan xəbərləri təsdiq edib:
“Nişanlanma dövrü bir-birimizi tanımaq üçün idi. Biz bu vaxt ərzində bir-birimizi anlamadığımızı başa düşdük. Danışaraq qarşılıqlı şəkildə ayrıldıq, öncədən ailəmizə məlumat verdik.
Onlar bizi barışdırmaq üçün addım atdılar, sağ olsunlar. Amma iki şəxs verdiyi qərardan əmindir. Bu ayrılıqdan sonra bir-birimizə düşmən olmamışıq, hər şey normaldır. Eda mənim yaddaşımda yaxşı bir xanım kimi qalacaq”.