yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Tanınmış prodüser: Çiçəyi radioya mən gətirmişəm

Tanınmış prodüser: Çiçəyi radioya mən gətirmişəm
5-09-2017, 11:54 56 580 dəfə baxılıb

“Mən prodüser kimi 90-cı illərdən fəaliyyət göstərirəm. O vaxtlar “Karvan”, “İmkan”, “Vətən” musiqi qrupları, “7-17”-dəki fəaliyyətimlə tanınmışam. Universitet uşaqlarından qrup ərsəyə gətirmişdim”.

Bu sözləri Oxu.Az-a tanınmış prodüser Anar Mədətov deyib.

“Kimsə Avropanı indi görür, mən hələ o vaxtlar Avropaya tez-tez gedirdim. Varşavada gördüyüm musiqi studiyasından sonra Azərbaycanda bu sahə ilə məşğul olmağa qərar verdim. İlk dəfə Ağaxan Abdullayevin oğlu Xoşbəxtlə fakültələrdən tələbə yığıb, mahnı yazdırıb, konsert təşkil etməyə başladıq. Beləliklə, “İmkan” qrupu yarandı.

Daha sonra Qorxmaz Əlili ilə tanış olduq. “Ay qız, sən oyna, incə bel oynasın” mahnısı ilə populyarlaşdıq. Belə-belə Respublika Sarayı, Yaşıl Teatr və s. məkanlarda konsetlər təşkil etdik. Daha sonra musiqi qrupumuzun tərkibinə peşəkar muqiçiləri dəvət etdik. İlham Nəcəfov, Faiq Ağayevin qardaşı İlham Ağayev (kamança), rəqqasə Nailə Məmmədzadə və digərləri. Həmin komandadan çox insanlar çıxıb, indi danırlar, demirlər.

Teymur Əmrah da bizim musiqi qrupumuzda olub və həmişə deyir ki, bu məktəbi Anar qoyub, keçmişini danmır. Bir ara Sevda Ələkbərzadə də bizim qrupda idi. Sonra “Rast”a getdi.

“İmkan”ın Respublika Sarayındakı konsertində Kamilə Babayeva ilk dəfə mənim dəvətimlə aparıcı olub. Oqtay Zülfüqarovun qızı Leyla Zülfüqarova isə ilk dəfə sözügedən qrupun rejissoru olub.

Beləliklə, bu şəkildə davam edən digər işlərimizlə tanınmağa başladıq. Rayonlara və xarici ölkələrə qastrol səfərlərimiz oldu. 4-cü kursda oxuyanda qrup artıq tanınırdı, üzvləri toylara gedirdi və beləliklə, bir-birimizlə sağollaşdıq, hərə öz işi ilə məşğul oldu.

Mən Moskvada ikinci təhsil aldım. Daha sonra KVN-də çalışdım. İlk KVN isə BDU-dan başlayıb. Daha sonra məni “Radio Sara”ya aparıcı dəvət etdilər. Azərbaycanın ilk diceylərindən biri olmuşam. Sonra həmin radionun baş prodüseri oldum. “Radio Sara”nı bəyənmirlər, amma indi bütün radiolar onun təməli ilə işləyir.

Çiçək ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkas mənim tələbəm olub, onu radioya mən gətirmişəm. Yadımdadır, o, radioda elan olunan seçim turlarına qatılmaq üçün nənəsi ilə birgə gəlmişdi. Təxminən 16-17 yaşı olardı. Təklif etdim ki, onu radio efirinə çıxaraq. Onun efirdə edə biləcək hər hansı ciddi səhvinə görə, məndən rəsmi sənədlərə imza çəkməyimi istədilər və bu riski etdim. Nəticə isə bəllidir”, - deyə Anar Mədətov söyləyib.

O, həmçinin müğənni Samir Piriyevlə uzun illərdir davam edən iş birliyindən də danışıb: “Samirlə işə başlayanda şou-biznesdə olan əksər insanlar mənə dedi ki, bu, alınmayacaq. Dedim, mən Samiri tanıtmasam, onda şou-biznesdən gedərəm. Hətta bəzi dostlarım dedi ki, sənə şou-biznes lazım deyil, sən ayrı biznesin sahibisən. Lakin heç nəyə məhəl qoymayaraq, mən yenə özümü sınadım və nəticə uğurlu oldu”.

Yeni layihələrindən bəhs edən prodüser sözlərinə belə davam edib: “Silahlı Qüvvələrin orkestrinin müşayiəti ilə Samir Piriyevin konsetini təşkil etmək istəyirəm. O, klassik və estrada mahnılarını həmin orkestrin müşayiəti ilə səsləndirəcək”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: men, Chicheyi, produser, Taninmish, radioya, getirmishem
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ