SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “3 övladımı uşaqlar evindən götürmüşəm” - Roza Zərgərli

“3 övladımı uşaqlar evindən götürmüşəm” - Roza Zərgərli

Tarix:

30-08-2017, 15:36

/ 150 909 dəfə oxundu.
“3 övladımı uşaqlar evindən götürmüşəm” - Roza Zərgərli

“Əslində mənə yaxın insanlar bilir ki, 4 övladım var. Onlardan birinin bioloji anası mənəm. Digərlərini isə uşaqlar evindən övladlığa götürmüşəm”.

Bu sözləri “Show time” verilişinə açıqlamasında müğənni Roza Zərgərli deyib.

O bildirib ki, bu haqda çox danışmağı sevmir:

“4 uşaq böyütdüyümə görə qürur duyuram. Bunu heç bir zaman efirdə reklam etməmişəm. Sadəcə “Sibir çiçəyi” adlı kitabımda bu barədə yazmışam, siz də bu məlumatı orada oxuduğunuza görə mənə sual verdiniz.

İlk dəfə də burada açıqlayıram, 3 üşağımı bioloji olaraq mən dünyaya gətirməsəm də, doğma qızımdan onları seçmirəm. Onlar mənim canım, qanım, hər şeyimdir”.
“3 övladımı uşaqlar evindən götürmüşəm” - Roza Zərgərli
“3 övladımı uşaqlar evindən götürmüşəm” - Roza Zərgərli

Şərhlər

XƏBƏR LENTİ