SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Naz evlilik proqramını ifşa etdi: "Hamısı uydurma idi, pul qarşılığında gedirdim"

Naz evlilik proqramını ifşa etdi: "Hamısı uydurma idi, pul qarşılığında gedirdim"

Tarix:

27-08-2017, 20:44

/ 55 796 dəfə oxundu.
Naz evlilik proqramını ifşa etdi: "Hamısı uydurma idi, pul qarşılığında gedirdim"

Naz Mila evlilik proqramları ilə bağlı bütün gizlinləri açdı.

Uzun müddətdir mübahisə mövzusu olan Zuhal Topalının aparıcılıq etdiyi evlilik proqramına ilk zərbə Star TV-dən gəlib. Kanal rəhbərliyi yeni mövsümdən verilişin efirə getməyəcəyini açıqlayıb.

Verilişin iştirakçılarından olan Naz Mila isə proqramı ifşa edib. O, verilişin qurma olduğunu, əslində isə oraya pul qarşılığında dəvət olunduğunu bildirib:

"Pulunu ala bilməyən proqramı tənqid edir. Mən də 2 həftəmin qarşılığını ala bilmədim, amma mənim ona ehtiyacım da yoxdur. Orada mənim tək gerçək münasibətim Baha ilə olub. Baha da yalançı ssenarilərdən sıxılaraq, etiraz etdiyi üçün verilişdən kənarlaşdırıldı".

Əli ilə olan münasibətlərinə də aydınlıq gətirən Naz verilişin tamamilə uydurma olduğunu bir daha vurğulayıb.

"Əli ilə aramda heç nə olmayıb. Məni bir kənara qoyun, Əli verilişə gələndən sonra heç kimlə ciddi münasibəti olmayıb. Dediyim kimi hamısı uydurma idi. Bir gün "Evleneceksen gel" proqramına getdim, bilirsiniz niyə? Çünki proqramdan pulumu ala bilməmişdim. Sonra yalvar-yaxarla təzədən verilişə qaytarıb, pulumu verdilər".

Şərhlər

XƏBƏR LENTİ