SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Tanınmış prodüserlə rəqqasənin davasında da Nail Allahverdiyevin adı HALLANDI - VİDEO

Tanınmış prodüserlə rəqqasənin davasında da Nail Allahverdiyevin adı HALLANDI - VİDEO

Tarix:

18-08-2017, 16:12

/ 142 441 dəfə oxundu.
Tanınmış prodüserlə rəqqasənin davasında da Nail Allahverdiyevin adı HALLANDI - VİDEO

Xəbər verdiyimiz kimi prodüser Təranə Səmədova ilə rəqqasə Rəna Ağamurodova arasında Şamaxı rayonunda ATV-nin çəkilişi zamanı dava düşüb. Hər iki xanım bir-birilərinə söyüşlər söyərək, təhqir ediblər.
Hər iki tərəf açıqlamalarında bir-birilərini sərt tənqid ediblər.
Məsələ ilə bağlı kiçik araşdırma apararaq rəqqasə və prodüserin dalaşması ilə bağlı maraqlı faktlar ortaya çıxardıq. Məlum olub ki, çəkiliş zamanı iki xanımın dalaşmasının əsas səbəbi oğlan üstündə olub.
Prodüser Təranə portalımıza açılqmasında özü də davanın əsas səbəbinin nə olduğunu deyib: "Renka keçmiş sevgilisinə xəyanət edirdi. Sevgilisi də bundan xəbər tutdu. Renkada elə bilir ki, bu haqda sevgilisinə mən demişəm.”
Əldə etdiyimiz məlumata görə, söhbət Rəşad adlı şəxsdən gedir. Gənc iş adamlarından biri olan bu şəxslə Renka arasında münasibət olub və rəqqasə ona xəyanət edib. Nəticədə rəqqasə bu xəyanətin üstünün açılmasında prodüser Təranənin əli olduğunu iddia edib.
Maraqlı olan digər fakt isə Rəşad adlı şəxsin Bakının gecə klublarında tanınmasıdır. Onun avqustun 3-də Nərimanov rayonu ərazisində "Mercedes-Gelandewagen” markalı avtomobillə 2 nəfərin ölümünə səbəb olan Nail Allahverdiyevin yaxın dostu olduğu bildirilib. Sözügedən şəxs də məhz Nailin yaxın çevrəsindən olduğu üçün çox qısa zamanda ad qazanıb.
Rəşad adlı şəxsin kimliyi ilə bağlı redaksiya olaraq daha geniş məlumatı və fotoları dərc edəcəyik.


azxeber.com

Şərhlər

XƏBƏR LENTİ