yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Renka ilə prodüser Təranə arasında dava – VİDEO

Renka ilə prodüser Təranə arasında dava – VİDEO
18-08-2017, 10:21 114 440 dəfə baxılıb

ATV kanalının Şamaxı şəhərindəki baş tutacaq yeni layihəsi - "Top Ulduzlar" qalmaqalla başlayıb. Çəkiliş prosesində iştirak edən BAKU.WS-in əməkdaşı prodüser Təranə Səmədova ilə rəqqasə Renka Ağamuradovanın arasında mübahisənin şahidi olub. Yeni layihənin rəhbəri və aparıcı Azər İsmayılov yarışmanın məşhur simaları ilə tanış olarkən otaqda iştirakçılardan sakitliyə riayət etmələrini xahiş edib. İlk cərgədə əyləşən rəqqasə Renka arxaya çevrilərək aparıcının xahişini təkrarlayıb. Prodüser Təranə Səmədova Renkanın bu sözünə sərt reaksiya verib. O, R.Ağamuradovaya "Sən kimsən, mənə "sakit dur" deyirsən? "Kakaya to tansovşitsa" ( hansısa rəqqasə)" cavabını verib. Daha sonra iki şou-biznes nümayəndəsinin arasında söz savaşı yaşanıb. Onlar bir-birlərini təhqir ediblər. T.Səmədova Renkanın ittihamlarını sərt şəkildə "Lap ən axırıncı qadınam. Əcəb eləmişəm. Sənə nə?!" cavablandırıb. Youtube fenomeni Səbuhi Xanlarov xanımları sakitləşdirməyə cəhd edib. Lakin mübahisəyə aparıcı Azər İsmayılov son qoyub. O, Renkanın zaldakı yerini dəyişərək arxa cərgədə oturmasını xahiş edib. Buna baxmayaraq, məşhurların arasında böyük qalmaqalın davam etməsi gözlənilir. Belə ki, "Top Ulduzlar"ın qala gecəsində T.Səmədova mətbuat konfrasında yaşanan narahatlıq ilə bağlı 30 iştirakçıdan üzr istəyib. Yarışma isə 32 iştirakçıdan ibarətdir. Qaydalara görə, komanda 2 nəfərdən ibarət olacaq. Oyun 20 dəqiqə davam edəcək. Yarışmaçılar 10 gün Şamaxının Şirvan hotelində qalacaqlar.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ile, arasinda, produser, VDEO, Renka, dava, Terane
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ