yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Emin Ağalarov: "Ofisiant işləmişəm, ayaqqabı satmışam"

Emin Ağalarov:
16-08-2017, 10:26 57 284 dəfə baxılıb
yüklənir...

Tanınmış biznesmen və müğənni Emin Ağalarov şəxsi həyatı ilə bağlı bəzi məqamları etiraf edib. Müğənni "Alen, blin!" verilişinə qonaq olub. Jurnalist Alenanın suallarını cavablandıran sənətçi Amerikada təhsil aldığı zamanlar ofisiant işlədiyini bildirib: "Amerikada olduğum zaman ailəmin mənim üçün göndərdiyi pulu xərcləmişdim. İkinci dəfə onlardan pul istəməyə utandım. Ona görə kafelərin birində ofisiant köməkçisi kimi işə başladım. Daha sonra ofisiant oldum. Bundan əlavə, ayaqqabı da satmışam. O zamanlar çox gənc idim. Mən sadəcə nəyisə tək başına edə biləcəyimi dadmaq istədim". Ağalarov bir konsert üçün aldığı qonorarı da açıqlayıb. O, hər konsertdən 1 milyon Rusiya rublu (28 400 AZN) qonorar aldığını bildirib. Şəxsi həyatından danışan sənətçi sevgilisi Alena Qavrilova ilə hələlik evlilik düşünmədiklərini deyib: "Hələ gəncəm. Düşünürəm bu haqda danışmaq çox tezdir. Gələcək üçün başqa planlarım var". Şou-biznesdən heç kimlə sevgili olmadığını deyən Emin yayılan şayiələrin həqiqəti əks etdirmədiyini bildirib: "Əsl alicənab insanlar keçmişi və münasibətləri barədə danışmaz".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ishlemishem, Agalarov, Ofisiant, ayaqqabi, Emin, satmisham
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ