SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Heç bir qüvvə ailəmi dağıda bilməz" - Kənan M.M.-in həyat yoldaşı

"Heç bir qüvvə ailəmi dağıda bilməz" - Kənan M.M.-in həyat yoldaşı

Tarix:

7-08-2017, 11:33

/ 58 835 dəfə oxundu.
"Heç bir qüvvə ailəmi dağıda bilməz" - Kənan M.M.-in həyat yoldaşı

"9 ildir sənətimdən uzaqlaşmışdım. Şükürlər olsun, 3 övladım, ailəm, həyat yoldaşım var. Baxıram ki, həm işi bacarıram, həm də ailəni idarə etməyi".

Bu sözləri rejissor Kənan M.M.-in həyat yoldaşı Aygün Mahmudova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

O, yenidən müğənnilik fəaliyyətinə davam edəcəyini söyləyib və heç vaxt ailəsini sənətinə qurban verməyəcəyini deyib:

"Bir az uşaqlara görə işlərimi vaxtında görə bilmirdim. Amma indi qızım böyüyüb. Bəziləri dözə bilmir, ailəni dağıdır, bəziləri də deyir, hər şey ailəmə qurban olsun. Heç bir qüvvə ailəmi dağıda bilməz. Heç bir qüvvə sevən, güclü müqəddəs ailəni parçalaya bilməz.

Dünyaya meydan oxuyan bir səsə malik sənətçi də olsam, heç vaxt ailəmi sənətə qurban vermərəm. Bu gün mənim həyat yoldaşım qadağa qoysa ki, oxumursan, mən hər şeyi ona qurban verərəm. Mənim üçün bu həyatda ən müqəddəs gözəl ailəm, həyat yoldaşım, ailəmin başçısıdır. Kənanao qədər saf, alicənab ailəsini sevən, ürəyi təmiz adamdır ki, o həmişə deyir, insanı qəfəsdə saxlamaq olmaz. Dar düşüncəli olmaq lazım deyil. Dar düşüncəli insanların ailəsində problemlər yaranır. Namuslu, qeyrətli biri heç vaxt yolunu aza bilməz”.

Şərhlər

XƏBƏR LENTİ