SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Röya: “Dünyanın ən yaraşıqlı və varlı şeyxi ilə...”

Röya: “Dünyanın ən yaraşıqlı və varlı şeyxi ilə...”

Tarix:

27-01-2017, 17:35

/ 2 302 dəfə oxundu.
Röya: “Dünyanın ən yaraşıqlı və varlı şeyxi ilə...”

Bu gündən etibarən “Üç nöqtə” layihəsinə başlayırıq. “Üç nöqtə” layihəsində məşhur müğənnilər, aktrisa və aktyorlar, sənət aləminin məşhur simaları yarımçıq qoyduğumuz sualların ardını tamamlayacaq.
Layihənin ilk qonağı Azərbaycanın Əməkdar artisti Röya Ayxandır.
- İntihar yeganə...
- Çıxış yolu deyil. Bəlkə də günahım hamıdan çoxdur və buna görə məni o biri dünyada "darmadağın" edəcəklər, amma özünü öldürən insanı heç vaxt bağışlamırlar.
- Qadına qarşı şiddət...
- Yolverilməzdir. Əlbəttə ki, həmcinslərimi qorumaq istəyərəm, amma gücsüzəm. Kişilərin qadına etdiyi şiddətə qarşı təbliğat aparmaq istəyərəm. Bunu ancaq mahnılarım vasitəsilə edə bilərəm. Məsələn, bu yaxınlarda Vaqif Gərayzadənin bəstəsinə oxuduğum “Qadın” mahnısı nə toy üçündür, nə də rəqs etmək üçün. Mahnı cavanlıqda təcrübəsiz olduğu üçün ailəsi dağılan qadının uğursuz həyatından bəhs edir. Və qadın özü ana olduqdan sonra qayınana və qayınatasını anlamağa başlayır. Əslində günahın çoxu qadınlardadır. Çünki kişiləri biz qadınlar dünyaya gətiririk və biz onlara tərbiyə veririk. Dolayısı ilə xanımlara necə rəftar etmək lazım olduğunu analar öz oğullarına başa salmalıdırlar.
- Oğluma məsləhət verirəm ki...
- Oxu, adam ol!
- Vicdanım icazə verməz ki...
- Kiminsə haqqını tapdalayım.
- Mən təəssüf edirəm ki...
- Bir dəfə ərdə olmuşam.
- Yaxşı gündə, pis gündə...
- Dost.
- Tənhalıq qadın üçün lənətdir, yoxsa ki...
- Yox, mən qətiyyən tənha deyiləm. Oğlum var, sevdiyim işim var, məni sevən insanlar var. Hazırda həyatımda heç kim yoxdur, lakin bu, tənha olmağım anlamına gəlmir. Seçim edirəm, həmişə ən layiqlisini seçirəm.
- Vanqa nənə ilə görüşsəydim...
- Ondan ən varlı və yaraşıqlı şeyxi istəyərdim, yaşı da 30 olsun. Puluna görə yox, pulu özüm də qazanıram. Şeyxə ərə getsəm, başımı da bağlayaram. Məhəbbət böyük qüvvədir!

publika

Şərhlər

XƏBƏR LENTİ