SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Şəbnəm Tovuzlunun yalanı üzə çıxdı: Mingəçevir konserti bu səbəbdən təxirə salınıb

Şəbnəm Tovuzlunun yalanı üzə çıxdı: Mingəçevir konserti bu səbəbdən təxirə salınıb

Tarix:

17-07-2017, 17:21

/ 191 944 dəfə oxundu.
Şəbnəm Tovuzlunun yalanı üzə çıxdı: Mingəçevir konserti bu səbəbdən təxirə salınıb

Müğənni Şəbnəm Tovuzlunun Mingəçevirdə planlaşdırılan konserti təxirə salınıb.

Məlumata görə, buna səbəb müğənninin konsertə biletlərinin satılmaması olub.

Bu haqda məlumat verən mənbənin dediyinə görə, vəziyyətin ürəkaçan olmadığını görən müğənni vəziyyətdən çıxış yolu axtarıb.

O ilk olaraq rayon rəhbərliyinə səhhətinin yaxşı olmadığını deyib. Bu haqda məlumatı Mingəçevir Dövlət Dram Teatrının məsul əməkdaşı Vüsal Məmmədov verib. O qeyd edib ki, konsertə bilet alan tamaşaçılar pullarını geri ala bilərlər.

Maraqlıdır ki, Şəbnəm Tovuzlu haqda məhz bu hadisədən sonra daha məlumat yayılıb və onun qəza keçirdiyi yazılıb.

Xəbərdə konsertin məhz bu səbəbdən təxirə salındığı da qeyd olunub. Əslində isə Tovuzlu buna görə deyil, konsertə maraq olmadığına görə konserti təxirə salıb.

Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, müğənni Mingəçevir konserti ilə bağlı paylaşımların hamısını 2 gün öncə səhifəsindən silib.
Şəbnəm Tovuzlunun yalanı üzə çıxdı: Mingəçevir konserti bu səbəbdən təxirə salınıb
Şəbnəm Tovuzlunun yalanı üzə çıxdı: Mingəçevir konserti bu səbəbdən təxirə salınıb

azxeber.com

Şərhlər

XƏBƏR LENTİ