SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 30 yaşında milyonçu olmaq üçün 20 yaşınızda bunları etməlisiniz

30 yaşında milyonçu olmaq üçün 20 yaşınızda bunları etməlisiniz

Tarix:

19-06-2017, 12:37

/ 59 298 dəfə oxundu.
30 yaşında milyonçu olmaq üçün 20 yaşınızda bunları etməlisiniz

Dünyanın ən zəngin 1200 insanı arasında öz səyləriylə milyonçu olan Stiv Siebold "Sərbəst bazar iqtisadiyyatında hər kəs istədiyi qədər pul qazana bilər" deyir.

30 yaşınızda milyonçu olmaq üçün gənc yaşda öz səyləri ilə milyonçu olmuş insanların 11 tövsiyəsini təqdim edirik. Əlbəttə ki, milyonerlik statusunu zəmanət vermirik, ancaq bu bir-birindən dəyərli tövsiyələr bu hədəf üçün xeyli faydalı ola bilər.

1. Gəlirə nəzarət edin.

21 yaşında pulsuz və borclu olan, 30 yaşına gələndə isə öz səyləri ilə milyonçu olmuş Grand Cardone: "Bugünkü iqtisadi şəraitdə milyonçu olmağa gedən yolun bir standartı yoxdur. İlk addımınız gəlirlərinizi artırmağa yönəltmək olmalıdır" -deyir və əlavə edir: "Gəlirim ayda 3.000 dollar idi və doqquz ildən sonra ayda 20.000 dollara çıxdı. Pulu təqib etməyə başlayın. Bu, sizi gəlirə nəzarət etmək və fürsətləri görmək üçün gücləndirəcəkdir".
Daha çox pul qazanmağın ortaya qoyulan əməklərdən asan olduğu söylənilir, adətən. Əlavə gəlir əldə etməyin yollarını tapmaq, əmək haqqınızın artmasını təmin etmək və passiv gəliri necə əldə etmək tapmaq daha çox pul qazanmaq məsələsində atılması vacib olan ilk addımdır.

2. Birdən çox gəlir mənbəyi inkişaf etdirin.

Daha çox pul qazanmağın bir yolu gəlir hərəkətlərinizi artırmaqdır. Tomas C.Corley, öz səyləri ilə milyonçu olmuş insanlar üzərində apardığı araşdırmasında çoxunun birdən çox gəlir mənbəyi inkişaf etdirdiyini ifadə edir. Bu əlavə gəlir axınları daşınmaz əmlak kirayəsi, birja investisiyaları və s. kimi bir çox formada ola bilər.

3. İnvestisiya üçün yığın, təcrübə üçün yığmayın.

Əmanət etməyinizin yeganə səbəbi investisiya qoymaq olsun. Qənaət etdiyiniz pulu etibarlı və toxunulmaz hesablarda saxlayın və təcili vəziyyətlər üçün belə olsa istifadə etməyin. Bu sizi gəlirlərinizi artırmağa məcbur edəcək. Grant Cardone "Bu günə qədər ildə ən azı iki dəfə iflasın kandarına gəldim, çünki çoxluqdan hər zaman olmadığım təşəbbüslərə investisiya edirəm" deyir.

4. Qərarlı olun.

22 yaşında milyonçu olmuş Taker Hughes "Qərar yorğunluğundan uzaqlaşın" deyir. Və əlavə edir: "Zehni gücünüzü mümkün olduqca sürətli şəkildə geri çevrilməli qərarlar verərək qoruyun və təkrarlanan hərəkətləri ani bir şəkildə planlaşdıraraq sadə vəzifələri kontrol edin. Önümüzdəki həftə hər gün üçün yeməkdə nə yeyəcəyimi və işdə nə içdiyimi bilirəm. Sən bilirsənmi?”
Qətiyyəti inkişaf etdirməyə inanan yeganə insan Hughes deyildi, əlbəttə. 500-dən çox milyonçu üzərində apardığı araşdırmalardan sonra jurnalist və yazıçı Napoleon Hil hamısının bu keyfiyyəti olduğunu kəşf etdi.

5. Nümayiş etdirməyin.

Cardone "İşlərim və investisiyalar birdən çox etibarlı gəlir gətirənə qədər ilk lüks saatımı və ya maşınımı almamışdım. Bir milyoner olanda hələ də Toyota Camry istifadə edirdim” deyir.

6. Pul ilə bağlı düşüncə tərzinizi dəyişdirin.

Milyonçu Stiv Siebold "Zəngin olmaq düşündüyünüz və pul qazanmaq üçün nəyə inandığınız ilə bağlıdır" deyir. Siebold: "Kütlələr varlıq qazanmağın onların nəzarətindən çıxdığını düşünərkən, zəngin insanlar pul qazanmağın əslində bir mentalitet işi olduğunun fərqindədirlər"-deyə də vurğulayır.

7. Özünüzə sərmayə qoyun.

Hughes "Gördüyüm ən etibarlı investisiya gələcəkdə olacaq" -deyir. Və bunun necə reallaşdırılacağını soruşanda isə bəzi gündəlik təkliflər verir: "Gündə ən az 30 dəqiqə oxuyun, mentorlarla güclü bir əlaqəniz olsun. İstər maliyyə, istər siyasi istərsə də idman ilə bağlı olsun, məlumatı hava kimi istehlak edin və hər şeydən əvvəl öyrənmə həvəsiniz olsun".

8. Sabit bir maaşla olmaz.

Zəngin insanlar öz hesabları üçün çalışır və öz əmək haqlarının ölçülərini müəyyən edirlər. Siebold sərbəst peşənin sərvətə gedən ən sürətli yol olduğunu bildirir. Günümüz dünya standartlarında insanlar müəssisələr yaradaraq sərvət inşa etməyə davam edərkən, orta hesabla insanlar müntəzəm maaşlarla çalışaraq böyük sərvət toplama imkanını qaçırır.

9. Hədəf müəyyənləşdirin və hədəfə diqqət yetirin.

Daha çox pul qazanmaq istəyirsinizsə, dəqiq bir hədəfə və daha sonra o məqsədə necə nail olmağınıza dair müəyyən plana sahib olmalısınız. Pul asanlıqla ortaya çıxmaz, üzərində işləməyiniz lazımdır. Milyonçu T. Harv Eker cəsarəti, məlumatı və səyi vurğulayır. Dəqiq hədəfləriniz və aydın bir missiyanız varsa, zənginliyin mümkün olduğunu deyir: "Bir çox insan nəyi əldə etmədiyinin bir nömrəli səbəbidir. İstəyinin nə olduğunu bilən insanlar istəklərinə qovuşar və zəngin insanın sərvət istəyi aydın olmalıdır".

10. Ətrafınızdakı insanları seçərkən məqsədinizə uyğun ortam yaradın.

Əlaqədə olduğumuz insanlara bənzəyirik istər-istəməz, buna görə zənginlər zəngin olan digər insanlarla əlaqə halındadır hər zaman. Siebold "Çox halda, dəqiq dəyəriniz ən yaxın dostunuzun səviyyəsini əks etdirir" deyə açıqlayır. "Sizdən daha uğurlu olanlarla ünsiyyətdə qalmaq, fikrinizi genişləndirmək və qazancınızı artırmaq potensialına malikdir"-deyir.

11. Milyonçu olmaq üçün 1 milyonu deyil, 10 milyonu hədəf seçin.

Cardone "Etdiyim yeganə böyük maliyyə səhvi: Kifayət qədər böyük düşünmürdüm. Beləliklə, bir milyondan daha çox hədəf seçməyinizi təklif edirəm" deyir.
moderator

Şərhlər

XƏBƏR LENTİ