SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » 50 yaşlı kişilərin qorxduğu hal: kişilik bitirmi?

50 yaşlı kişilərin qorxduğu hal: kişilik bitirmi?

Tarix:

19-06-2017, 12:26

/ 59 244 dəfə oxundu.
50 yaşlı kişilərin qorxduğu hal: kişilik bitirmi?

İnsan yaşa dolduqca bədən gücdən düşür, enerji tükənir. Qadınlarda müəyyən yaşdan sonra hamilə qalma ehtimalı azalır, kişilərdə spermanın tərkibi zəifləyir. Qadınlarda bu dövrü menopauza (klimaks), kişilərdə isə andropoz adlandırırlar.

Menopauza haqda çox yazıldığı üçün qadınlar arasında bu proses haqda xeyli məlumat var. Ancaq andropoz haqda o qədər də geniş bilgi yoxdur. Hətta elə kişilər var ki, belə bir anlayışdan ümumiyyətlə xəbərsizdir. Ailem.az bu yazıda andropoz haqda geniş məlumat verəcək.

Andropoz latın dilində "andro" və "pause" sözünün birləşməsindən yaranıb. Hərfi mənası kişiliyin bitməsi demək olsa da, prosesin özü kişiliyin azalması prosesidir. Yəni bu dövrdə kişilik bitmir, azalır. Cinsi həvəsin azalması, əmək qabiliyyətinin zəifləməsi və mənəvi doyumsuzluq yaranır. Zamanla andropoza girən kişidə seksual funksiyanın azalması, səhər ereksiyalarının olmaması, yorğunluq, hirs, depressiya, orqan yağlanması, ürək-damar, tənəffüs sistemi xəstəlikləri, şəkər, müvəffəqiyyətsizlik, cinsi əlaqə zamanı ölmə qorxusu, monotonluq, arzuların azalması meydana gəlir.

Kişilərdə bu dövr özünü müxtəlif əlamətlərlə büruzə verir. Andropoz özünü cinsi istəkdə azalma, güc itkisi, yorğunluq, halsızlıq, yuxusuzluq, depressiya, əzələlərdə azalma, sümüklərin əriməsi, erkən boşalma, ereksiya problemi, boyun qısalması, əmək qabiliyyətinin zəifləməsi, yeməkdən sonra mürgüləmə, əsasən də qarın nahiyəsinin yağlanması kimi əlamətlərlə özünü göstərir. Bəzi kişilər özünü gənc oğlan kimi aparır, bəziləri isə tənbəlləşib, yaşlandığını qəbul etməyə başlayır. Andropoza girən kişilər çox zaman özünə hələ cavan olduğunu sübut etmək üçün müxtəlif qadınlarla münasibətə girir. Hər qadında özünü sınadıqca, özünə inamı artır və ətrafa "mən hələ cavanam", - deyə meydan oxuyur.

ABŞ sosioloqlarının apardıqları araşdırmalar zamanı müəyyən edilib ki, andropoz dövründə olan kişilər özlərini həddən artıq riskli aparırlar. Avtomobili sürətlə idarəetmə, aldatmalar, yüksək dozada viaqra istifadəsi, birdən-birə yaranan idman istəyi kimi hərəkətlərlə özlərinə hələ cavan olduqlarını sübut etməyə çalışırlar. Bu yaşda olan kişilərin ən böyük qorxusu iqtidarsızlıq və cinsi həyatdakı gücsüzlükdür.

Andropoz dövründə kişilərdə bir çox sağlamlıq problemləri meydana gələ bilir. Daha çox isə prostat xərçəngi müşahidə edilir.

Andropoz testesteron istehsalı prosesində zəifləmə və qanda testesteronun azalması prosesi nəticəsində psixoloji, fiziki və cinsi simptomlar sistemidir. Andropozu müəyyən etmək üçün qan analizi verilir. Bu analiz səhər 8.00-10.00 arası verilməlidir. Çünki səhər saatlarında kişilik hormonları yüksək səviyyədə olur.

Androloqlar deyirlər ki, andropoz çox zaman 50 yaşından sonra başlayır. Amma bu o demək deyil ki, hər kişi 50 yaşdan sonra andropoza girməlidir. Andropozun başlamasının yaşı genetik xüsusiyyət daşıyır. Kişilərin 60 faizində 45 yaşından sonra bu proses yavaş-yavaş başlayır. Proses spirtli içki və siqaret aludəçilərində daha tez başlayır.

Andropoz heç bir müalicə ilə qarşısı alına bilinməyəcək bir prosesdir. Yəni bu, təbiətin insan həyatı üçün qoyduğu mərhələdir. Ancaq prosesi ləngitmək olar. Bunun üçün hər bir kişi heç olmasa, 6 aydan bir androloq müayinəsində olmalıdır. Əgər bir pasient hər 6 aydan bir eyni həkimə müraciət edirsə, həkim zamanla xəstəsinin orqanizmini öyrənir və lazım gəldikdə dərmanlarla müdaxilə edə bilir. Buna görə də özünüzdə sadalanan əlamətləri müşahidə etdiyiniz zaman həkiminizə müraciət etməyə başlayın. Həkimlə ünsiyyət təkcə andropozu gecikdirmir, həm də ömrünüzü uzadır.

İsveçrədə "kişiliyin bitməsi" - andropoz üzərində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu proses ilk olaraq kişinin beynində başlayır. Yəni çox zaman kişilər sağlamlıqlarının qayğısına qalmayıb, həyatı necə oldu yaşayır və orta yaşda mənən yorulmuş, sağlamlıqlarını itirmiş vəziyyətdə olurlar. Buna görə də alimlər 35 yaşından sonra hər bir kişiyə gündə yarım saat idman, həftədə ən az 4 dəfə seks və sağlam qidalanmağı məsləhət görürlər. Kişi sağlamlığının qayğısına nə qədər çox qalarsa, andropozu bir o qədər gecikdirmiş olar. Odur ki, əziz kişilər, sağlamlığınıza diqqət edin!

Şərhlər

XƏBƏR LENTİ