SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » İmmunitet sistemini gücləndirən super qidalar hansılardır?

İmmunitet sistemini gücləndirən super qidalar hansılardır?

Tarix:

16-01-2017, 22:31

/ 6 059 dəfə oxundu.
İmmunitet sistemini gücləndirən super qidalar hansılardır?

Qış aylarında hamımız halsızlıq, yorğunluq, yuxusuzluq, istəksizlik kimi duyğular içərisində oluruq. Bu dövrü rahat, sağlam və gümrah şəkildə keçirmək və immun sistemimizi gücləndirmək üçün super qidalar istehlak etməyimiz şərtdir. Bəs bu qidalar hansılardır?

Nar

Nar qış aylarının ən qiymətli meyvələrindəndir. Güclü antioksidantdır. Xərçəng əleyhinə təsiri qüvvətlidir. Dərini gözəlləşdirir, təzyiqi normallaşdırır. Tərkibi kalium, kalsium, fosfor, dəmir, C vitamini, eyni zamanda B vitamini ilə zəngindir.

Brokoli

Kalsium mənbəyi olan brokoli immunitet sistemini gücləndirən qış tərəvəzidir. Həmçinin tərkibindəki A və K vitaminləri sayəsində D vitamini əksikliyi yaşayanlar üçün də yardımçı qidadır.

Alma

Antioksidantlarla zəngin olan alma tərkibindəki minerallar sayəsində maddələr mübadiləsini sürətləndirir. Dəri xərçənginin qarşını alır. Tərkibindəki lif nisbətinin yüksək olması səbəbilə həzm sisteminə faydalıdır. Ehtiva etdiyi C vitamini sayəsində qış aylarının əvəzedilməz meyvələrindəndir.

Sitrus bitkiləri

Sitrus bitkiləri dediyimizdə ağılımıza naringi, portağal və qreypfrut gəlir. Ehtiva etdikləri C, A və B vitaminləri ilə bizi soyuqdan qoruyar və betakarotin sayəsində hüceyrələrin zərər görməsinə mane olar. Mədə xərçənginə çox faydalıdır. Eyni zamanda kalsium qaynağı olaraq diş və sümük sağlamlığını da qoruyur.

İspanaq

İspanaq A və C vitamini eyni zamanda fol turşusu, maqnezium, lif və dəmir kimi minerallarla zəngindir. Ürək və damar xəstəliklərinə qarşı faydalı olduğu kimi bir çox xəstəliklər üçün də qiymətli qidadır.

Sarımsaq, soğan, qıtıqotu kökünün (xren)

Sarımsaq, soğan, qıtıqotu kökünün (xren) tərkibi xeyli miqdarda "fitonsid" adlanan maddələrlə zəngindir. Bu isə mikroblar və viruslara qarşı olan mübarizədə, orqanizmə hədsiz dərəcədə kömək edir. Bunlar, yəqin ki, immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur. Qrip epidemiyası zamanı bu məhsulların müntəzəm şəkildə qəbul olunması sizi bu xəstəliyə yoluxmadan qoruya bilər. Qəbul etməkdən əlavə epidemiya zamanı evin müxtəlif yerlərində nəlbəkilərdə xırda doğranılmış soğan və sarımsaq qoyması da yaxşı nəticə verir.

Şərhlər

XƏBƏR LENTİ