SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Göz təzyiqinin əlamətləri

Göz təzyiqinin əlamətləri

Tarix:

5-06-2017, 10:47

/ 238 996 dəfə oxundu.
Göz təzyiqinin əlamətləri

Göz təzyiqi xəstədə ciddi ziyanlara səbəb ola biləcək bir narahatlıqdır. Hər xəstəlikdə olduğu kimi, göz təzyiqində də erkən diaqnoz olduqca mühümdür.

Ən sadə izahı ilə göz təzyiqi görmə qüvvəsinin reallaşması üçün lazım olan maye təzyiqinin həddindən artıq yüksəlməsi və bu halda görmə pozuntularının baş verməsidir.
Göz təzyiqi hiyləgər bir xəstəlik olub,
İlk yarandığı anda əlamət göstərməyə bilər. Vəziyyət belə olduqda xəstəlik inkişaf etməyənə qədər hiss olunmur.
Göz təzyiqinin əlamətləri:
- Səhər baş ağrısı ilə oyanmaq;
- Görmədə qabiliyyətində bulanıqlıq;
- Televizor və ya kompyuter ekranına baxarkən göz və ətrafında yaranan ağrı;
- Axşamlar işıqların ətrafında halqalar görmək.

Göz təzyiqi ən çox kimlərdə müşahidə edilə bilər:
- Nəslində göz təzyiqi olanlarda;
- 40 yaşından yuxarı olanlarda;
- Şəkər xəstəliyi olanlarda;
- Təzyiqi olan xəstələrdə;
- Miqrenı olan xəstələrdə;
- Anemiyası olanlarda;
- Göz və ətrafından yaralananlarda.

Şərhlər

XƏBƏR LENTİ