SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ziya Məmmədovun vəzifədə qalan tək qohumu özünü toparlayır?

Ziya Məmmədovun vəzifədə qalan tək qohumu özünü toparlayır?

Tarix:

31-05-2017, 09:40

/ 59 830 dəfə oxundu.
Ziya Məmmədovun vəzifədə qalan tək qohumu özünü toparlayır?

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlı məlum hadisələrdən sonra medianın və hakimiyyətdəki rəqiblərinin hədəfinə tuş gələn kənd təsərrüfatı naziri Heydər Əsədov sükütü pozub.
Məlumata görə, nazirin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) sabiq şöbə müdiri Sabir Vəliyevi bir müddət əvvəl məhkəməyə verib. Buna səbəb S.Vəliyevin "Cümhuriyət” qəzetindəki müsahibəsidir.
Xatırladaq ki, sabiq şöbə müdiri müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədova və onun müavinləri - Seyfəddin Talıbovla İlham Quliyevə qarşı sərt ittihamlar səsləndirib.
KTN-ə qeyri-peşəkarların rəhbərlik etdiyini deyən S.Vəliyev H.Əsədovun və nazirliyin digər rəsmilərinin aqrar sahəyə bələd olmadıqlarını söyləyib. S.Vəliyev, eyni zamanda nazirlikdə rüşvətxorluq hallarına yol verildiyini də deyib.
Kənd Təsərrüfatı Nazirliyindəki mənbə deyib ki, Sabir Vəliyev İsmət Abasovun dövründə nazirlikdə şöbə müdiri işləyib və peşəkar kadrlardan sayılıb. Lakin Heydər Əsədov nazir təyin ediləndən sonra bir çox kadrlar kimi, onu da vəzifədən uzaqlaşdırmağa nail olub:
"Nazir təyinatının ilk aylarında Əsədova elə gəlirdi ki, bunlar, İsmət Abasovun kadrı kimi, ona işləməyə imkan verməyəcəklər. Ona görə də KTN-də korrupsiya yuvası qurmuş şəxslərlə birgə, Sabir Vəliyev kimi kadrları da müxtəlif bəhanələrlə vəzifələrindən uzaqlaşdırdı. Əvəzində isə "şərtləri”nə cavab verənləri ətrafına topladı. Sabir Vəliyev kimi uzun illər KTN-də işləmiş şəxslər isə, təbii ki, hazırda nazirlikdəki durumu əla bilirlər və əllərindəki məlumatlara əsaslanıb naziri tənqid edirlər. Heydər Əsədov isə tənqidlərin artacağından ehtiyatlanaraq, Vəliyevi məhkəməyə verməklə, digərlərini də susdurmaq istəyir”.
Məlumatlı şəxs deyib ki, H.Əsədov mətbuatda onu tənqid edən "Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramovu da məhkəməyə verməyə hazırlaşır
Məlumatda qeyd edilir ki, işlədiyi müddətdə adı ciddi neqativ məsələlərdə hallanmış Əli Bayramov da Heydər Əsədov tərəfindən vəzifədən azad edilib: "Vəzifədən azad edildikdən bu ilin may ayının əvvəlinə qədər susan Əli Bayramov da bir neçə həftə əvvəl açıq şəkildə Heydər Əsədovu "topa" tutdu. O da Sabir Hacıyev kimi sərt ittihamlar səsləndirir”.
Yəni Ə.Bayramov da S.Vəliyev birbaşa hədəfə vurur. Təbii ki, nazirliyin sabiq məmurlarının bir-birinin ardınca H.Əsədovu "vurması” indiki həssas məqamda narahatlıq yaratmaya bilməzdi. Bu səbəbdən də nazir hərəkətə keçib və düşünür ki, danışanları nə qədər tez susdursa, özünə qarşı kampaniyanı daha asan durdura bilər.
KTN əməkdaşı iddia edir ki, nazirliyin daxilində də H.Əsədov və onun qohum, dost-tanışlarından ciddi narazılıqlar var. Bu da naziri ciddi şəkildə narahat edir:
"Heydər Əsədov keçmiş məmurların ittihamlarını sifarişli sayır və özünə qarşı bəzi qüvvələrin açıq kampaniya apardığını düşünür. Onun fikrincə, narazıları hakimiyyətdəki bəzi qüvvələr qızışdırıb, onu "vurmaq” istəyirlər”,- deyən mənbəmizin sözlərinə görə, hətta H.Əsədovun KTN-də vəzifə tutan qohumlarından biri "gec-tez həmin kampaniyanın başında duran vəzifəli şəxsin özü buna cavab verməli olacaq”,- deməklə, üstüörtülü şəkildə baş nazirin müavinlərindən birinin arxasınca danışıb.

reyting.az

Şərhlər

XƏBƏR LENTİ