SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Qəlyan çekenler diqqetli olun-Xəstəliyə tutula bilərsiniz

Qəlyan çekenler diqqetli olun-Xəstəliyə tutula bilərsiniz

Tarix:

20-04-2017, 16:26

/ 89 437 dəfə oxundu.
Qəlyan çekenler diqqetli olun-Xəstəliyə tutula bilərsiniz

Qəlyan çəkənlər onun siqaretə nəzərən sağlamlığa daha az ziyan verdiyini düşünür. Ancaq araşdırmalar nəticəsində məlum olub ki, bir dəfə qəlyan çəkmək 4-5 qutu siqaret çəkməyə bərabərdir.
“Qəlyan çəkmək yuxarı tənəffüs, ağciyər xəstəliklərinin yaranmasına səbəb olur”.
Bunu açıqlamasında həkim-ftiziatr Polad Muradov deyib: “Qəlyanın tüstüsü qanda hemoqlobinin oksigenlə birləşməsinin qarşısını alır və toxumaların qidalanması zəifləyir. Zəiflədiyi üçün toxumaların funksiyalarında problemlər yaranır”.
Həkim qeyd edib ki, qəlyanın suyu, başlığı dəyişildirilsə də, borusu dəyişilmir, bu da nəfəs vasitəsilə qana zərərli mikrobların ötürülməsinə səbəb olur. Vərəm, Hepatit kimi təhlükəli xəstəliklərin mikroblarını oyadır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, qəlyan çəkmək məişət narkomaniyası sayılır: “Qəlyan insan sağlamlığı üçün zərərlidir. Qəlyandan istifadə vaxtı bir insandan digərinə yoluxucu xəstləliklərin keçmə riski olduqca böyükdür. Qəlyanın borusundan çıxan tüstü ilə yanaşı başlıqlar da olduqca təhlükəlidir. İstifadəçilər başlıqları dəyişib istifadə etdikləri üçün təhlükənin olmadığını düşünür, ancaq unutmayın ki, başlıqlar dəyişilsə də, bakteriyalar nəfəs yolu ilə boruya keçib ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Eyyub Hüseynov deyib ki, “İstehsalçıların hüquqlarının qorunması haqqında” qanuna görə, istehlakçının təhlükəsizliyini tələb etmək hüququ var: “İstehlakçının tam hüququ var ki, qəlyan çəkəndə təkcə başlığı deyil, borunuda dəyişməyi tələb etsin. İstehlakçının tələbini yerinə yetirmək isə xidmət göstərənin borcudur. Xidmət göstərən dəyişmədiyi halda isə müştəri şikayət edə bilər”.
Qəlyanın istifadəsini və satışını qadağan edən qanun var?
Sualımızı vəkil Asif Abdullayev cavablandırıb: “Ölkəmizdə qəlyanın satışını və istifadəsini qadağan edən qanun yoxdur. “Tütün və tütün məmulatı haqqında” qanunda qadağa yalnız siqaretə aiddir. Hətta İnzibati Xətalar Məcəlləsində qadağan olunan yerdə siqaret çəkməyə görə cərimə də tətbiq olunur”.

Şərhlər

XƏBƏR LENTİ