SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Mən niyə arıqlayıram? 7 GİZLİ SƏBƏB

Mən niyə arıqlayıram? 7 GİZLİ SƏBƏB

Tarix:

14-04-2017, 13:55

/ 109 172 dəfə oxundu.
Mən niyə arıqlayıram? 7 GİZLİ SƏBƏB

Səbəbsiz arıqlama ən təhlükəli simptomlardan biri sayılır. 1 ay ərzində çəkinin 1-2 kq azalması təhlükəli deyil.
Lakin pəhriz saxlamayan və həyatında heç bir dəyişiklik (güclü stress, xəstəlik və s.) olmayan insanın çəkisi 1 ay ərzində 5% və bundan artıq düşübsə, bu mütəxsəssisə müraciət etmək üçün ciddi səbəb sayılır.

Sizə səbəbsiz arıqlamanın səbəblərini təqdim edirik:
- Qalxanvari vəzi xəstəliyi. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması) zamanı insanda maddələr mübadiləsi kəskin sürətlənir ki, nəticədə insan səbəbsiz olaraq arıqlamağa başlayır. Digər simptomlar: nəbzin artması, tərləmənin güclənməsi, əsəbilik, dərinin quru olması, əllərin əsməsi və s.
- Depressiya kəskin arıqlamaya səbəb olur. Bir çox hallarda insan özündə bu pozulmanın olduğunu anlaya bilmir və həkimlərə müraciət etmir.
- Ciddi mədə-bağırsaq sistemi xəstəlikləri (xroniki pankreatit, xroniki xolesistit).
- Hepatit C. Bu qaraciyəri məhv edən təhlükəli infeksiya gizli inkişaf edir və uzun müddət ərzində özünü heç bir simptomla büruzə vermir. Məhz bu səbəbdən onu "lal qatil" adlandırırlar.
- Vərəm. Bu xəstəlik də gizli inkişaf edir və çəkinin azalmasına səbəb olur. Arıqlamadan əlavə xəstədə uzunsürən öskürək, hərarətin uzun müddət ərzində 37 C-dən qalxması, ümumi halsızlıq, gecə vaxtı güclü tərləmə və s.
- Qurd xəstəlikləri də arıqlamaya gətirib çıxardır. Digər simptomlar arasında: ürəkbulanması, qarında ağrılar, köp, bəzən dəridə səpgilərin əmələ gəlməsi.
- Onkoloji xəstəliklər.

Şərhlər

XƏBƏR LENTİ