XalqXəbər.Az

Yay meyvələrində hansı vitaminlər var?

yüklənir...
Yay meyvələrində hansı vitaminlər var?
29-05-2019, 14:09
yüklənir...

Yay meyvələrinin hər birinin insan bədəninə ayrı faydası var. Alimlər fərqli mineral və vitaminləri almaq üçün miqdarını aşmamaq şərtilə meyvə yeməyin labüd olduğunu bildirir.

Meyvələrinin faydalılığı haqda informasiya təqdim edirik:
Çiyələk: Ən önəmli anti-oksidantlardan biridir. C vitamini ilə zəngindir. Bədən hüeyrələrini qoruyur. Xərçəng və ürək xəstəliklərinə qarşı mühafizəkardır. Eləcə də, dərinin yenilənməsində rol oynayır.

Ərik: Sarı meyvələr A vitamini və beta-karotendən ibarətdir. Bundan başqa, C vitamini, potasium və liflərlə zəngindir. Göz və ürək xəstəlikləri, ifrazat üçün faydalıdır.

Gilas: Vücudda yığışan mayeni atmağa kömək edir. Tərkibində potasium yüksək olduğuna görə ürək xəstəliklərindən qoruyur. Xolosterolu aşağı salır.

Üzüm: Təzəsi, qurusu və doşabı ilə bir çox faydası var. Liflər, C vitamini və potasiumdan ibarətdir. Çəyirdəyi antioksidantdır. Üzüm qabığındakı C və E vitamini isə xərçəngdən qoruyur.

Qarpız: Bu giləmeyvələr bol su, likopen və beta-karotenlə zəngindir. Xolosterol və prostat xərçənginin qarşısını alır. Həmçinin, qan dövranını sürətləndirir.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.