SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Uşaqların immunitetini aşağıdakı 5 yolla aradan qaldıra bilərsiniz

Uşaqların immunitetini aşağıdakı 5 yolla aradan qaldıra bilərsiniz

Tarix:

30-04-2019, 17:05

/ 1 452 dəfə oxundu.
Uşaqların immunitetini aşağıdakı 5 yolla aradan qaldıra bilərsiniz

Uşaqların immuniteti gənc yaşda formalaşmalıdır.

Hətta pediatrlar belə hesab edir ki, ilə 6-8 yaş arası soyuqdəymə, qrip və hətta qulaq infeksiyaları gənc yaşda xəstələr üçün normaldır. Onların sözlərinə görə, bu bədən onun üçün hansı xəstəliklərin təhlükəli olduğunu anlamağa kömək edir və yavaş-yavaş bu xəstəliyə qarşı immunitetin formalaşmasına şərait yaradır.

Həmçinin valideynlər də uşaqların təmizliyinə nəzarət edərək və onlara sağlam vərdişlər öyrədərək onların immunitetini qaldıra bilərlər.

Aşağıdakı məsləhətlərə əməl edib uşaqlarınızın immunitetini qaldıra bilərsiniz:

1. Uşaqlarınızla idman edin.

Siz nə edirsinizsə, uşaqlarınız da bunu edəcək. Bu hətta müntəzəm olmasa da, olar. Uşaq olarkən oynamaqdan zövq aldığımız həyət oyunlarını onlara öyrədərək onları şüa və texnologiyadan uzaq saxlayın. Əgər çıxıb oynamağa həyət-bacanız yoxdursa, siyasətcil olun. Yaşadığınız yerdəki məşq zallarında siz orada olduğunuz müddətdə uşağınızla işləyə biləcək məşqçi üçün kömək istəyə bilərsiniz və ya uşağınızı idman klublarına aid məktəblərə qoya bilərsiniz, yaxud uşağınızla digər rekreasiya fəaliyyətləri ilə məşğul ola bilərsiniz.

2. Onları meyvə və tərəvəzlərə öyrəşdirin.

Uşaqların bu seçilmiş yeməklərə öyrəşməyinə nə qədər erkən yaşda başlasanız, o qədər yaxşı olar. Ekspertlər günə 5 dəfə (3 yaş və böyük uşaqlar üçün 1 stəkan) meyvə və tərəvəz yeməyi məsləhət görürlər. Yaxşı meyvə və tərəvəzlərə misal olaraq: kök, lobya, şirin kartof, ağartı məhsulları, göyərtilər və “Omeqa 3” ilə zəngin qidalar göstərilə bilər.

3. Onlara təmizlik vərdişlərini aşılayın

Hər şey əllərdən başlayır! Uşaqlar arasında ümumi soyuqdəymə adətən onların çirkli ərazilərdə olduqdan sonra əllərini yumağı unutmasına görə yayılır. Bir butulka əl dezinfektorunun olması kömək edir, lakin heç nə əlləri yumaqdan daha effektiv ola bilməz. Bunu daha əyləncəli etməyin yolları da var: Uşağınızın əllərini yuduğu müddətdə yavaşca 20-yə qədər saymasını istəyin. Və beləliklə onlar həm saymağı təcrübə edəcək həm də təmizliyə vərdiş edəcəklər.

4. Onları yaxşı yatmaq şəraiti olan otaqlarla təmin edin.

Uşaqlar günə 10-14 saat yatmalıdır. Əgər gün ərzində qısamüddətli yuxu ilə problemləri varsa, onlara gündüz yatması üçün göz qaraldıcı taxın. Otaqlarının təmiz, fərəh və diqqət yayındırıcı şeylərdən uzaq olduğuna əmin olun. Həmçinin uşaqlarınızın yatmaq üçün hansı işıqlandırmaya ehtiyacı olduğunu dəqiqləşdirin – otaqda az şəkildə yayılan işıqlandırma, yoxsa zil qaranlıq. Tam səssizlikdə yata bilməyən uşaqların valideynləri üçün məsləhət: dalğa y ada təbiət səsi kimi rahatladıcı səslərdən istifadə edin və ya ritmik və davamlı səslərdən də istifadə edə bilərsiniz.

5. Siqaret çəkməyi dayandırın.

Uşaqlar normal insanlardan daha tez nəfəs alır və passiv siqaret çəkməyə qarşı daha həssasdırlar. Bunun əks effektləri immunitetin zəifləməsindən başlayaraq astma xəstəliyi və qəfil tutulan qulaq infeksiyalarına qədər yayıla bilir. Tərgitməyə çalışdığınız müddətdə, evinizdən çöldə və uşaqlarınızdan kənarda siqaret çəkməyə diqqət yetirin.

6. Düzgün əlavələri seçməyə çalışın.

Bərabər səviyyəli həyat tərzi və sağlam dietalardan başlayaraq uşaqlarınızın gücünü daxildən xaricə doğru qaldıra bilərsiniz. Düzgün vitamin növləri ilə daha böyük dəstək əldə edə bilərsiniz. Məsələn, 7-12 yaş arası uşaqlar üçün olan “EDG3 Cunior” vitamini hansı ki amin turşusu qarışığı ilə hazırlanır və bədənə daha güclü immunitet üçün lazımlı olan qlutatyonun emal etməsinə kömək edir. Qlutatyon bədəndə sərbəst viruslar və xarici patogenlərə qarşı mübarizədə lazımlı olan immunitet hüceyrələrinin əmələ gəlməsində kömək edir.

Şərhlər

XƏBƏR LENTİ