XalqXəbər.Az

Dırnaqları qırılmadan uzadın

yüklənir...
Dırnaqları qırılmadan uzadın
2-04-2019, 12:08
yüklənir...

Xanımların ən byük roblemi dırnaqlarının tez sınması, gec uzanmasıdır. Bunun üçün hər dəfə müxtəlif üsullara əl atılır.

Xarici KİV-ə istinadən sizlərə dırnağa qulluq vasitələri təqdim edirik.

Sağlam qidalanmamaq və yetəri qədər su ehtiyacının ödənilməməsi dırnaqların zəifləməsinə və tez qırılmasına səbəb olur. Əgər sağlamlığınızda hər hansısa bir problem varsa, müalicə olunma və düzgün qidalan dırnaqlarınızın tez uzanmasını təmin edər. Əgər qidalanmanız düzgün deyilsə, dırnaqlarınıza nə qədər qulluq etsəniz belə, qırılmaların qarşısını ala bilməzsiniz. Ən vacib qayda düzgün qidalanmağınızdır.

Yumru kəsilən dırnaq küt kəsilən dırnağa nisbətən daha sürətli uzanır. Dırnaqlarınızı suda saxlamaq onların daha tez uzanmasını təmin edir. Ən çox işə yarayan sürətli dırnaq uzatmaq metodlarından biri olan "suda saxlamaq" onları yumşaldaraq, qırılmasına səbəb ola bilər. Dırnaqlarınızın qırılmasının qarşısını almaq üçün suya bir neçə damcı limon əlavə etməyiniz məsləhətdir.

Davamlı dırnaq boyasından istifadə etmək onların gücünü itirməsinə səbəb olur. Həftədə iki dəfə dırnaq boyası istifadə edin və onlara istirahət verin.

Sirkə və duzu qarışdıraraq, dırnaqlarınıza sürtmək onların sürətli uzanmasına şərait yaradır.

Limon suyu, zeytunyağı və çobanyastığı yağını qarışdıraraq sürtmək isə həm dırnaqların sürətli uzanmağına, həm də qidalanmasına kömək edir.

Banan, portağal, alma qabığı ilə dırnaqlarınızı ovuşdurmaq da faydalıdır. Meyvə masajı dırnaq ətlərini qidalandırır və onları uzadır.

Dırnaqlarınızın kənarlarında yaranan ət parçaları sizi narahat edirsə, vazelin sürtərək, nəmləndirin. Dırnağa zərər vermədən ətrafında yaranan ölü parçaları kəsin.

Bütün bunlara əməl etsəniz, dırnaqlarınız arzuladığınız kimi olacaq.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.