SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Rusiyada xərçəngin çarəsi tapıldı

Rusiyada xərçəngin çarəsi tapıldı

Tarix:

4-03-2017, 23:30

/ 1 519 dəfə oxundu.
Rusiyada xərçəngin çarəsi tapıldı

Rusiya alimləri xərçəng xəstəliyinin müalicəsinin tapılması ilə bağlı səs-küylü bəyanatla çıxış ediblər.

Bununla bağlı "İzvestiya" qəzeti məlumat yayıb.

Belə ki, Rusiyanın Federal tibbi-biologiya agentliyinin direktor müavini, tibbi elmləri doktoru Andrey Simbirtsev bildirib ki, institutda onkologiya sahəsində inqilab edə biləcək dərmanla bağlı sınaqları sona çatdırmaq üzrədirlər.

“Yeni preparat "İstilik şokunun zülalı" adlanır. Bu elə bir molekuldur ki, müxtəlif stress təsirlərinə cavab olaraq insanın orqanizminin istənilən hüceyrəli tərəfinə sintez oluna bilir”, - deyə Simbirtsev qeyd edib.

Alim həmçinin vurğulayıb ki, göstərilən zülal hüceyrəyə immun sisteminə öz şiş antigenlərini göstərməyə və bununla şiş əleyhinə immun cavabını gücləndirməyə kömək etməyə qadirdir.

Nəşr həm də qeyd edir ki, bədxassəli şişlərə qarşı yeni vasitə 2015-ci ildə Beynəlxalq Kosmik Stansiyada keçirilmiş biotexnologiyaların və kosmik sınağın köməyi ilə alınıb.

Tədqiqatların final mərhələsini nəzərə alaraq yeni dərmanın üç-dörd il sonra pasientlərə əlçatan olacağını gözləmək olar.

Şərhlər

XƏBƏR LENTİ