SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Bu qidalardan təcili imtina edin - SOS

Bu qidalardan təcili imtina edin - SOS

Tarix:

4-03-2017, 23:22

/ 2 131 dəfə oxundu.
Bu qidalardan təcili imtina edin - SOS

Alimlər təsdiqləyiblər ki, uzun müddət şəkərli qidalar qəbul etmək sinir sistemini pozmaqla yanaşı, həm də zehni qavramanı, beynin faəliyyətini kütləşdirir

Türkiyə mediasına istinadən xəbər veririk ki, alimlər beynin inkişafına zərər törədən vasitələrdən biri kimi alkoqolun da adını çəkib. Belə ki, alkoqol qaraciyərlə yanaşı beyni də məhv edir. Alkoqollu içkilər insanların sağlam düşünməsinə də mane olur.

Qısa müddət ərzində alkoqoldan imtina edilərsə, onun zərərləri daha tez aradan qaldırılır. Uzun müddətli asılılığın təsirini isə aradan qaldırmaq mümkünsüzdür. Alkoqollu içkilərlə yanaşı adəm övladının ən böyük düşmənlərindən biri də "fast food"lardır. "Fast food" beyni məhv etməklə insanları depressiyaya meyilləndirir. "Fast food"un tərkibi qavramanı zəiflətməklə yanaşı, insanlarda motivasiyaya meyilliliyi də azaldır. Qızarmış xörəklər də beynin fəaliyyətini zəiflədir. Alimlər sübut ediblər ki, öncədən bişirilən xörəklər də sinir sisteminin fəaliyyətinə mənfi təsir edir.

Çox duzlu qidalar ürəklə yanaşı, hafizənizə də ziyandır. Unlu qidalar da beynin faəliyyətinə mənfi təsir göstərməklə yanaşı, insanların daha tez yaşlanmasına səbəb ola bilir.

Şərhlər

XƏBƏR LENTİ