SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Amrah Bank”dan müəllimlər günü - RƏZALƏTİ

“Amrah Bank”dan müəllimlər günü - RƏZALƏTİ

Tarix:

5-10-2018, 13:54

/ 1 570 dəfə oxundu.
“Amrah Bank”dan müəllimlər günü - RƏZALƏTİ

“Amrah Bank” müəllimlər üçün 0% komissiya kompaniyasına start verib.

Bu gün müəllimlər gününə özəl 0% komissiya haqqı tələb edən bank illik faiz dərəcəsini 20% olaraq qeyd edib. Bankın, müəllimlərin bu yalanla diqqətini çəkməsi birmənalı qarşılanmayıb. Belə ki, “Amrah Bank” hazırda istehlak kreditlərini 27%-ə qədər təklif edir.

Bankın kredit faizi üçün qeyd etdiyi illik faiz dərəcəsi isə qanunlara ziddir. Belə ki, "Reklam haqqında Qanun"un banklarla bağlı müvafiq bəndinə əsasən, kredit reklamlarında illik faiz dərəcəsi deyil, faktiki illik faiz dərəcəsi göstərilməlidir.

Azerinfo.az

Şərhlər

XƏBƏR LENTİ