yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Maddələr mübadiləsini sürətləndirən beş vərdiş

Maddələr mübadiləsini sürətləndirən beş vərdiş
30-08-2018, 15:01 233 dəfə baxılıb

Maddələr mübadilənizi sürətləndirmək və gün ərzində 200-500 kalori artıq sərf etmək istəyirsinizsə, onda hər səhər bu beş sadə hərəkəti edin. Artıq bir həftə sonra nəzərəçarpacaq fərqin şahidi olacaqsınız.

"Domaşniy oçaq" nəşrinə istinadla xəbər veririk ki, səhər gimnastikası təkcə gümrahlıq və yuxudan ayılmağın sınanmış üsulu deyildir, həm də metabolizmi hərəkətə gətirən güclü motordur.

Məhz səhər məşqləri maddələr mübadiləsini qızışdırır. Nəticədə orqanizm gün ərzində piyləri xüsusi intensivliklə parçalayaraq enerjiyə çevirir.

Açıq havada səhər gimnastikası daha səmərəlidir, çünki məhz səhər saatlarında günəş işığı metabolizmi stimullaşdırır. Səhərlər cəmi 20 dəqiqə fiziki fəallıq bədəninizi piyləri parçalayıb enerji əmələ gətirən kiçik, amma çox səmərəli "zavoda" çevirir.

Əgər orqanizminizin gün ərzində 200 kalori artıq sərf etməsini istəyirsinizsə, səhər gimnastikasına 2,5 dəqiqəlik intensiv fiziki hərəkətlər daxil edin. Məsələn, qısa məsafəyə son sürət həddində qaçış, iplə tullanma, yaxud döşəmədə qollar üzərində dartınma. Cəmi-cümlətani 2,5 dəqiqə. Nəticədə orqanizminiz gün ərzində piy ehtiyatı toplamaqla deyil, onu sərf etməklə məşğul olur. Əsl möcüzədir!

Səhər yeməyini yuxudan ayılandan ən çoxu 40 dəqiqə sonra yeməlisiniz. Səhər menyusu çox sağlam və tutumlu olmalıdır. Yumurta, yulaf, kəsmik, təzə meyvə-tərəvəz günə yaxşı başlamaq üçün ideal məhsullardır. Bir fincan qəhvə içməyi də unutmayın. Qəhvə metabolizm üçün ən yaxşı içkidir. Yalnız aludə olmayın.

Həftədə cəmi 10 dəqiqə kifayətdir ki, maddələr mübadiləniz saat mexanizmi kimi işləsin. Piylərin parçalanması ilə müqayisədə əzələlərin böyüdülməsi daha çox kalori tələb edir və deməli, metabolizminiz də fəallaşır.

Zülal və dənli bitkilər barədə məlumatlısınız, amma antioksidantlarla zəngin meyvə və giləmeyvələrin faydalı xüsusiyyətlərini unudursunuz. Çünki məhz antioksidantlar hətta ən ləng maddələr mübadiləsini normallaşdırmağa kömək edir. Təzə meyvə və giləmeyvələrlə qəlyanaltı etmək dadlı, çox faydalı və əziyyətsizdir. Xüsusən də bədən quruluşunuz üçün.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ