yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Yumurtanın bilmədiyimiz faydaları — HANSI XƏSTƏLİKLƏRDƏN QORUYUR

Yumurtanın bilmədiyimiz faydaları — HANSI XƏSTƏLİKLƏRDƏN QORUYUR
9-07-2018, 16:24 801 dəfə baxılıb

Səhər yeməyində yumurta vazkeçilməz qidadır.
Yumurtanın faydaları ilə səhhətinizi ziyanlı təsirlərdən qorumaq mümkündür. Yumurtanı müntəzəm olaraq qəbul etməklə onun faydalarından yararlanmaq olar.

Tərkibində faydalı maddələrlə çox zəngindir. Yumurta insan orqanizmində müsbət xolesterolun miqdarını artırır. Bundan başqa yumurtanın ürəyə də faydası var.

Yumurtanın tərkibində A, B2, B5 və B12 vitaminləri ilə yanaşı fosfor, selenium kimi maddələr də var. Gündəlik yumurta qəbul etmək 77 kalori, 6 qram protein və 5 qram sağlam yağ miqdarı ilə eynidir.

Yaşlanma ilə bağlı üzə çıxan göz problemlərinə qarşı da faydalıdır. Tərkibində güclü antioksidant və lutein, zeaksatin kimi maddələr var.

Orqanizmin ehtiyacı olan dəmir miqdarını artırır. Dəmir çatışmazlığı ilə bağlı ortaya çıxan baş ağrısı, əsəbilik və yorğunluq kimi simptomların qarşısını alır.
Yumurta eyni zamanda insanı tox saxlayır. Səhər qəhvəaltısında yumurta qəbul edən insanlar bir neçə saat tox qalır. Bu isə xüsusən artıq çəkidən əziyyət çəkənləri daha da maraqlandırır.
Yaddaşı gücləndirir, tərkibində kolin maddəsi var. Bundan başqa beyinə də faydalıdır. Yaddaş problemi olan insanlar müntəzəm olaraq yumurta qəbul etməlidir.

Yumurta saç və dırnaqlara da faydalıdır.

İnkişaf mərhələsində olan uşaqların sümüklərinə müsbət təsir edir. Çünki tərkibində kalsium maddəsi var. Bundan başqa yumurtanın tərkibində D vitamini də var. Qış aylarında D vitamini üçün yumurta qəbul etmək məsləhətdir.

Qadınlarda döş xərçəngi riskini artıran səbəblərdən biri də düzgün qidalanmamaqdır. Elmi araşdırmalara əsasən, həftədə 6 ədəd yumurta qəbul edən qadınların döş xərçənginə yoluxma riski 40% azdır.

Bundan başqa yumurta imunitet sistemini gücləndirir, iltihaba qarşı təsirlidir, təbii təmizləyicidir, şişə qarşı olan təsirlərdən qoruyur, enerji verir, kataraktın (göz xəstəliyi) qarşısını alır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ