yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sən demə artıq çəkinin faydası varmış

Sən demə artıq çəkinin faydası varmış
7-05-2018, 16:01 346 dəfə baxılıb

Bu dəfə sizə kökəlmənin faydalı növündən danışacağıq. Belə ki, Kanadanın Monreal Universitetinin alimləri çəkinin artımı zamanı neyropilin-1 iltihablı zülalının aktivləşdiyini müəyyən edib. Bu zülal insanın metabolik sağlam kökəlməsinə vasitəçilik edir.

Bu haqda araşdırmanın nəticələri "MedicalXpress"də dərc olunub. Sözügedən metabolik sağlam kökəlmə ürək-damar sisteminə hər hansı problem yaratmayan çəki artımı hesab olunur.

İnsan orqanizmində yağlar triqliseridov və adiposit hüceyrəsindən ibarət xüsusi toxumaların xolesterin efirləri şəklində saxlanılır. İstifadə olunan kalorilərin miqdarından asılı olaraq, adipositlər yağı ya əlavə enerji mənbəyi kimi yandırır, ya da onu piy şəklində toplayır.

Triqliseridlər və xolesterininin miqdarı artıq olduqda, damar divarlarını zədələyən və ürək-damar sisteminin funksionallığını pozan iltihab faktorları işə düşür.

Araşdırmada məlum olub ki, piy toxumasında eyni zamanda spesifik immun hüceyrələr - "neyropilin-1" makrofaqları yer alır. Həmin hüceyrələr artıq piyi kənarlaşdıraraq, neqativ effektlərin qarşını almaq üçün onu orqanizmin müxtəlif hissələrinə paylayır.

Siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, makrofaqların gəmiricilərin orqanizminə ötürülməsi (onurğa beyninin transplantasiyası yolu ilə) qanda olan şəkər səviyyəsinin tənzimlənməsinə kömək edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ