SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT

Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT

Tarix:

7-05-2018, 11:45

/ 1 595 dəfə oxundu.
Nazik saçlı xanımlar üçün 7 MƏSLƏHƏT

Saçlarınız nazik və həcmsizdir? Yuduqdan bir gün sonra saçlarınız yıpranır və dibləri yağlanırmı? Sizə faydalı olacaq 7 məsləhəti diqqətinizə çatdırırıq.

Çox isti su ilə yumayın

Saçlarınızı yuyarkən çox isti sudan istifadə etməyin. İsti su saç dibləri və gövdəsi üzərində yer alan təbii yağ turşularını əridir. Eyni zamanda saç tükünün xarici qatlarındakı pul toxumaya zərər verir. Saçı darayarkən diblərindəki təbii yağ bütün saç tellərinə yayılır, qoruma və parlaqlıqla təmin edir. Saçınızın təbii quruluşunu pozmayın, mütləq ilıq su ilə yuyun. Saçlarınızı yuduqdan sonra uclarını əlinizlə sıxaraq, dəsmalla bükün.

Saçınızı düzgün qurudun

Nazik və həcmsiz saçlar olduqca həssasdır. Buna görə qurutma əsnasında çox diqqət etmək lazımdır. Əvvəlcə saç qurutma alətini yüksək temperaturda deyil, orta istilikdə istifadə etməlisiniz. Geniş dişli bir fırça, ya da daraqla saçlarınızı darayıb önə doğru atın. Başınız önə əyili olduqda kökündən ucuna doğru və qurutma alətini ən az 30 sm uzaqda tutaraq saçlarınızı az nəmli qalacaq şəkildə quruda bilərsiniz.

Şampununuzu dəyişin

Nazik saçlarınızı daha dolğun göstərmək və saçınızın gün boyu həcmini qoruması üçün saç tipinizə uyğun vasitə seçməlisiniz.
Saça qulluq kremindən daim istifadə edin

Şərhlər

XƏBƏR LENTİ